"Nəzərə alsaq ki, biz "Nomme Kalyu" ilə cavab oyunumuzu digər komandalarla müqayisədə iki gün əvvəl keçirdik, vaxt baxımından narazılıq yoxdur. Futbolçular bu müddət ərzində lazım olan səviyyədə hazırlıq görə bildilər və inanıram ki, qarşıdakı oyuna onlar tam hazır olacaqlar".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov "Lex"lə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Hüseynov rəqib komandanın oyunlarını izlədiyini və analiz etdiyini söyləyib: “Lex” Avropada kifayət qədər tanınmış komandadır. Bilirik ki, onlar bizim matçlarımızı izləyiblər. Biz də onların oyunlarını təhlil etmişik, zəif və güclü nöqtələri haqqında da məlumatımız var. Hansı taktika ilə oynayacağımızı isə sabah saat 20:00-da görəcəksiniz".
"İstənilən məşqçini qane edən nəticə qələbədir. Sözsüz ki, biz də qələbə haqqında düşünürük. Əlbəttə, ilk oyunda evdə qol buraxmamaq bizə çox kömək olar. Amma bu futboldu, bir qol buraxıb, amma oyunu böyükhesablı qələbə ilə bitirmək də olar”.
Baş məşqçi bir daha komandasının bu mərhələni keçmək iqtidarında olduğunu vurğulayıb: "Komandaya inamım böyükdür. Düşünürəm ki, bu mərhələni adlamaq üçün kifayət qədər gücümüz var".
Yeni futbolçularla bağlı suallara cavab olaraq mütəxəssis bunları bildirib: "Klub rəhbərliyi ciddi olaraq bu işlə məşğul olub. Üç futbolçunun komandaya keçidi nəzərdə tutulmuşdu. Lakin son anda müxtəlif səbəblərdən razılıq əldə etmək mümkün olmadı. Bununla belə, bu istiqamətdə işlər davam etdirilir və hətta hazırda da bu proses gedir. Komandamızın müxtəlif mövqelərdə güclənməyə ehtiyacı var".
Hüseynov start heyətini hələ konkretləşdirmədiyini söyləyib: “Son oyunla müqayisədə heyətin dəyişilib-dəyişilməyəcəyi hələ dəqiq deyil. Bunu oyuna bir neçə saat qalmış müəyyən edəcəyik".
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Lex" oyunu bu axşam saat 20:00-da başlayacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı