“Avro-2012”nin yarımfinalında İtaliyaya penaltilər seriyasında uduzan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo jestləri və ritualları ilə yenə maraq dairəsinə düşüb.
Qol.Az-ın məlumatına görə, Ronaldonun müəyyən hərəkərləri bəzilərinə qəribə görünsə də, bir futbolçu olaraq onu digərlərindən fərqləndirir.
Beləliklə, Ronaldonun matç öncəsi və oyun zamanında maraq kəsb edən səkkiz hərəkəti:
1. Qısaqol forma geyinmir
O, həmişə meydana uzunqollu formada çıxır. Ronaldonu indiyədək qısaqol formada görən olmayıb. Portuqaliya millisində qapıçı Rui Patrisio istisna olmaqla, uzunqollu formada oynayan yeganə futbolçu Ronaldodur.
2. Hər oyunda fərqli saç
Ronaldo hər oyuna fərqli saç düzümüylə çıxır və fasilə zamanı imicini dəyişir. O, buna artıq vərdiş edib.
3. Meydançaya sonuncu çıxır
Tuneldən meydana yavaş-yavaş addımlarla ən son çıxmağı sevir. Oyunlar bitən kimi kapitanlıq sarğısını çıxarır.
4. Musiqi seçir
Oyunlardan əvvəl hansı musiqinin seçilməsinə qərar verirdi. Amma sonda buna həvəsi itdiyindən bu işi Raul Meireleslə Velosoya həvalə edib.
5. Topsuz dayana bilmir
Fasilə zamanı paltardəyişmə otağına girən kimi ilk hərəkəti topa toxunmaq olur. Məşqçi taktiki göstərişlər verəndə belə topla hərəkət edir.
6. Ailəsini çox sevir
Oyunlar zamanı ailəsinin hansı tribunada oturduğunu hər zaman bilən Ronaldo qol vuranda onları salamlayır.
7. Təyyarədən birinci o düşür
Komandanın avtobusunda ən son sırada oturan Ronaldo təyyarədə isə ön cərgədə oturur. Təyyarədən isə birinci özü düşür.
8. Beş addım geri atır
Sərbəst zərbələr zamanı geriyə doğru beş addım atır, ayaqlarını aralı qoyub dərin nəfəs alır.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...