İyunun 30-u, iyulun 1-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.
Qol.Az-ın məlumatına görə, yarışda hər iki güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edəcək.
Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada öncəsi son turnirdə qüvvələrini sınayacaqlar.
4 sərbəst güləşçimiz isə Almaniyada baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında çıxış edəcək, Əsas diqqət 74 kq çəki dərəcəsinə yönələcək. Çünki bu çəkidə Londonda ölkəmizi təmsil etməyə 2 güləşçi - Əşrəf Əliyev və Aleksandr Qostiyev iddia edir. Bu baxımdan Almaniya turniri bir çox suallara aydınlıq gətirə bilər. Bundan başqa, Hacı Əliyev (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) də Dortmundda mübarizə aparacaqlar.
Beynəlxalq dərəcəli referimiz Fəraqət Cəlalov hakim kimi beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi