Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin şərəfinə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir başa çatıb.
Qol.Az-ın məlumatına görə, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında qonşu ölkəyə 15 pəhləvanımız yollanmışdı.
Onlardan 12-si fəxri kürsünün müxtəlif pillələrində qərarlaşıb. Ümumilikdə 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız turniri uğurla başa vurub.
Qızıl medalları komandamıza bütün görüşlərini qələbə ilə başa vuran Elçin Məmmədov (46 kq), Seymur Əlizadə (50 kq), Murad Məmmədov (58 kq) və İslam Abbasov (76 kq) qazandırıb. Mikayıl Rəhmanov (46 kq), Şəmistan Quluzadə (69 kq) və Orxan Nuriyev (76 kq) yalnız finalda uduzaraq gümüş medal əldə edib.
Yığmamızın qazandığı bürünc medallar isə, Elnur Həsənov (50 kq), İrac Həsənzadə (54 kq), Ruhin Mikayılov (63 kq), Sadiq Bağırov (69 kq) və Elməddin Ramazanovun (76 kq) adına yazılıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi