“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- Baş məşqçiniz Bəhmən Həsənovu istefaya göndərməyinizin səbəbi nə oldu?
- Bəhmən Həsənovu bu vəzifəyə müvəqqəti təyin etmişdik. Çempionat başa çatandan sonra yeni baş məşqçinin axtarışına başladıq. Sonda türkiyəli mütəxəssis Cavad Gülər üzərində dəyanaraq onunla anlaşdıq. Yeni mövsümdən “Rəvan” klubunu Cavad Gülər çalışdıracaq.
- Niyə məhz Cavad Güləri seçdiniz?
- Cavad bəyi tanımayan yoxdur. Çünki bu şəxs tanınmış bir mütəxəssisdir. Təsadüfi deyil ki, 2007-2008-ci il mövsümündə Türkiyənin “Qalatasaray” klubuyla çempionluq qazanıb. Bu amil çox şeydən xəbər verir. Azərbaycana belə bir mütəxəssisi dəvət etməkdə məqsədimiz odur ki, növbəti mövsümdə uğurlar qazanaq. Onunla iki illik müqavilə imzalamışıq.
- Cavad Gülərin komandaya gəlişindən sonra Türkiyəli futbolçuların klubunuza cəlb olunacağı gözlənilirmi?
- Bu haqda dəqiq bir söz deyə bilmərəm. Ola bilsin ki, gətirilsin.
- Bəs, Bəhmən Həsənov bundan sonra klubda hansı vəzifəni yerinə yetirəcək?
Biz onunla əməkdaşlıığı davam etdirəcəyik. Onun yeni vəzifəsi baş məşqçi Cavad Gülərin şəxsi köməkçisi olacaq. Yəni, köməkçi məşqçi vəzifəsini içra edəcək.
- Növbəti mövsüm üçün klub olaraq hədəfiniz nə olacaq?
- “Rəvan”ın növbəti mövsümdəki hədəfi yüksək pillələrdə qərarlaşaraq avrokuboklara vəsiqə qazanmaqdır.
- Transferlərlə bağlı məsələlələr necə gedir?
- Bu ayın 18-dən sonra kluba əcnəbi futbolçuların gəlişi gözlənilir. Elələri olacaq ki, birbaşa klubla müqavilə imzalamaq üçün gələcəklər. Eyni zamanda yerli oyunçularla bağlı da işlər gedir.
- Daha çox hansı mövqeləri gücləndirmək nəzərdə tutulub?
- Xüsusən orta və hücum xəttini gücləndirmək istəyirik.
- Komanda təlim-məşq prosesini hansı ölkədə keçmək qərarına gəlib?
- Bir müddət Bakıda məşq keçdikdən sonra komanda Sloveniyaya yola düşəcək. Bu səfər təxminən iyul ayının ortasına təsadüf edəcək.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı