Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək Avropa çempionatının iştirakçıları yoldaşlıq görüşlərində qüvvəsini sınamaqda davam edir.
Qol.Az-ın məlumatına görə, bir neçə saat öncə daha 6 qarşılaşma baş tutub.
"Avro-2012"nin təşkilatçılarından biri Polşa millisi öz meydanında Andorranı darmadağın edib - 4:0. Avstraliya ilə qarşılaşan Danimarka isə rəqibini 2 qolla keçib - 2:0.
Səfərdə Norveçin qonağı olan Xorvatiya millisi rəqibin müqavimətini qıra bilməyib - 1:1. İngiltərə millisi isə Belçika ilə görüşdə tək qolluq qələbəyə sevinib. Dani Uelbekin matçın 36-cı dəqiqəsində vurduğu qol ingilislərə minimal hesablı qələbə qazandırıb - 1:0.
"Avro-2012"nin əsas favoritlərindən hesab olunan Hollandiya yığması Şimali İrlandiyanı meydana çıxmağa peşman edib - 6:0. Günün maraq doğuran görüşlərindən biri isə Portuqaliyada baş tutub. DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Portuqaliya yığması gözlənilmədən evdə Türkiyəyə 1:3 hesabı ilə uduzub.
2 iyun
Beynəlxalq yoldaşlıq görüşləri
Polşa - Andorra - 4:0
Qollar: Obraniak, 13 (1:0), Levandovski, 37 (2:0), Blazikovski, 39-pen (3:0), Vasilevski, 77 (4:0)
Danimarka - Avstraliya - 2:0
Qollar: Agger, 32-pen (1:0), Byelland, 68 (2:0)
İngiltərə - Belçika - 1:0
Qol: Uelbek, 36 (1:0)
Norveç - Xorvatiya - 1:1
Qollar: Eduardo, 79 (0:1), Elyounossi, 90 (1:1)
Hollandiya - Şimali İrlandiya - 6:0
Qollar: Van Persi, 11 (1:0), 29-pen (3:0), Sneyder, 15 (2:0), Affelay, 37 (4:0), 52 (5:0), Vlaar, 78 (6:0)
Portuqaliya - Türkiyə - 1:3
Qollar: Umut Bulut, 35 (0:1), 52 (0:2), Nani, 57 (1:2), Pepe, 88-avtoqol (1:3)
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...