UEFA-nın Nizam İntizam Komitəsi Türkiyədən sonra daha bir ölkənin klublarını cəzalandırıb.
Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, hazırda iqtisadi böhran yaşayan Yunanıstanda 6 kluba lisenziya hüququ verilməyib.
Son ölkə çempionu "Olimpiakos" və "Panatinaykos" klublarının maliyyə vəziyyəti yaxşı durumda olduğundan, adı çəkilən komandalar lisenziya almaqda problem yaşamayıb.
Lakin UEFA başda AEK olmaqla, “Kerkira”, "Aris", "Panionios", “Giannina” və OFİ klublarına lisenziya hüququ verməyib. Bu qərarla adı çəkilən komandalar yeni mövsümdən yüksək liqada iştirak etmələrinə baxmayaraq, həmin klublar transfer etmə, oyunçuları ilə müqavilə yeniləmə, avrokuboklara qatılma və televiziyadan gəlir götürmək kimi hüquqlardan məhrum olunub. Bu mövsüm Yunanıstanı Avroliqada təmsil etməli olan AEK klubunu isə "Asteras Tripolis" komandası əvəzləyəcək.
Qeyd edək ki, UEFA İntizam Komitəsi daha öncə Türkiyənin 3 klubunu - "Beşiktaş", Bursaspor" və "Qaziantepspor" komandalarını avrokuboklardan kənarlaşdırıb.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...