Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo Türkiyəyə səfəri çərçivəsində “Habertürk”ə müsahibə verib. Qol.Az saytı həmin müsahibəni təqdim edir:
- Xarizmatik baş məşqçilərin klub rəhbərliyi ilə daha çox problemlər yaşadığı doğrudurmu? Xüsusilə də patronlarla...
- Doğru deyil. Daha doğrusu, ümumilikdə doğru deyil. Məsələn, mənim ən rahat çalışdığım klub prezidenti Massimo Moratti (İtaliya “İnter”inin prezidenti – red.) olub. O, klubun sahibidir və çox güclüdür. Komandasının fanatik bir azarkeşidir. Həmişə oyunlara gəlir, media ilə çox yaxındır. Onunla yaxşı anlaşa bilirdik. Mənim işlərimə qarışmazdı. Texniki məsələlərə müdaxilə etməzdi.
- Amma Roman Abramoviç elə deyil, düzdümü?
- O, fərqli insandır. Morattidən fərqli olaraq, media ilə münasibətləri sıfır səviyyədədir. Ortalıqda görünmür, heç müsahibə verməz, danışmaqla arası yoxdur. Amma futbolu çox yaxşı bildiyini düşünürdü. Texniki məsələlərdə hər zaman fikir və tövsiyələrini bildirirdi. Onunla işləmək çox çətin idi.
- “Çelsi”dən bu səbəbdən qovuldunuz?
- “Qovulmaq” deməyək. Qarşılıqlı razılaşma ilə oradan ayrıldım. Bir gün səbrim tükəndi və gedib dedim ki, “Roman, biz yaxşı dostlarıq. Amma burasa qalsam, dostluğumuz pozulacaq. Ən yaxşısı mən ayrılım”. O, buna “xeyr” demədi. Mən də “Çelsi”dən ayrıldım.
- Avropadakı iqtisadi böhran qitə futboluna necə təsir edəcək? Sponsor gəlirlərində sıxıntınız olacaqmı?
- Böhran Madrid “Real”ını vura bilməz. Çünki onun arxasında bu qədər azarkeşi var. Komandanın sahibi onun azarkeşləridir. Klub idarəçiləri onların arasından çıxır. Komandanı maddi olaraq saxlayan onun azarkeşləridir. Klubun marketinq işi yaxşı qurulub. Dünyanın hər yerində məhsullarını sataraq yaxşı pul qazanırar. “Real”ın sponsor gəlirlərinə zərrə qədər ehtiyacı yoxdur. Ötənilki gəlirləri 500 milyon avro olub. Bu da kifayət qədər yüksək rəqəmdir. Ronaldonun transferinin qiyməti hamı üçün böyük görünür. Amma “Real” üçün bu, çox xırda rəqəmdir. Çünki təkcə elə Ronaldonun formasından gələn pul onun transferinə xərcənən puldan artıqdır.
- Bu qədər ulduz futbolçunu idarə etmək, özünü onlara qəbul etdirmək çətin deyil ki? Səni uğura aparan nədir?
- Az əvvəl mənə “xarizmatik baş məşqçi” dediniz. Amma komandaya gələndə, xarizma boş bir şeydir. Oyunçu bunu dərhal başa düşür. Futbolçular çox özəl heyvan kimidir. Dəhşətli dərəcədə iy hissetmə qabiliyyətinə malikdirlər. Məşqçinin yaxşı olub-olmadığını, komandanı arxasınca aparıb-aparmayacağını dərhal anlayırlar. Səhv bir oyunçu dəyişikliyi edə bilərsən. Amma eyni səhvi ikinci dəfə təkrarlayanda və bu səbəbdən uduzanda futbolçunun gözündə bir anda sıfır səviyyəsinə düşərsən. Məşqçi həm güclü olmağa, həm də komandanı yaxşı motivasiya etməyə məcburdur. Məsələn, deyirlər ki, Fatih Terim çox güclü motivatordur. Amma üç səhv heyət qursun, səhv dəyişiklik etsin, səhv taktiki gedişlər etsin, o zaman baxaq görək, yenə də motivator olacaqmı? Əvvəlcə heyəti düz qurmalısan, əvəzetmələri doğru etməlisən, yalnız bundan sonra komandanı yaxşı motivasiya etmək olar.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko