Ölkəmizin güləş üzrə qadınlardan ibarət yığma komandası mayın 26-27-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kuboku turnirində iştirak edəcək.
Qol.Az-ın məlumatına görə, ev sahibi Yaponiya ilə yanaşı, Kanada, Monqolustan, ABŞ, Rusiya, Çin və Ukrayna yığmalarının da iştirak edəcəyi Dünya Kuboku turnirində Azərbaycan millisi məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarışacaq. Heyətə Anjela Doroqan (48 kq), Nigar Əhmədova (51 kq), Sona Əhmədli (55 kq), Irina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq) daxil edilib. Bundan başqa, Yarina Dubovska (55-59 kq) ehtiyat güləşçi kimi Yaponiyaya yollanıb.
AGF Hakimlər Kollegiyasının sədri, Beynəlxalq dərəcəli referi Qərib Əliyev hakim kimi ölkəmizi Dünya Kubokunda təmsil edəcək. Mayın 25-də atılacaq püşkə əsasən, komandalar hər birində 4 yığma olmaqla 2 qrupa bölünəcəklər. Mayın 26-da birdövrəlik qrup ğörüşləri keçiriləcək. Qrup qalibləri mayın 27-də finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.
London Yay Olimpiya Oyunlarına 48 və 55 kq çəkidə lisenziya qazanmış 2 qadın güləşçimiz – Mariya Stadnik və Yuliya Ratkeviç isə mayın 26-27-də Almaniyanın Dormagen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər. Böyük məşqçi Qrek Iqnatın rəhbərliyi altında Almaniyaya yollanan heyətə həmçinin 51 kq cəkili güləşçimiz Patimat Baqomedova da daxil edilib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər