Almaniya futbolunda növbəti qalmaqal baş verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dördüncü liqada yarışan Dortmund “Borussiya”sının ikinci komandasının səfərdə “Rot Veiss Essen”a 4:0 hesabıyla qalib gəldiyi oyundan sonra baş verib.
Məlum olub ki, “Rot Veiss Essen”in türk futbolçusu Güngor Kaya, Dirk Jasmund və Kevin Lemann bu oyunda rəqib komanda “Borussiya”nın qələbəsinə pul qoyuluşu ediblər.
“Borussiya-2” bu qələbə sayəsində birinci yeri tutataq üçüncü liqaya vəsiqa qazanıb. Dortmundlulardan cəmi bir xal geri qalan “Sportfreunde Lotte” klubu pul qoyuluşu şikayəti ilə ölkə futbol federasiyasına müraciət edib. Bundan sonra araşdırma aparan federasiya adları çəkilən üç futbolçunun öz komandalarının əleyhinə pul qoyuluşu etdiyini üzə çıxarıb. Bu səbəbdən sözügedən oyunçular Almaniya Futbol İttifaqının bayrağı altında keçirilən bütün yarışlarda çıxış etməkdən ömürlük məhrum olunublar.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı