Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı start verilib.
Qol.Az-ın məlumatına görə, yarışın açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulanıb.
O, bildirib ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur.
Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 13 lisenziya qazanıblar. Ümid edirik ki, güləşçilərimiz Olimpiya Oyunlarında layiqli çıxışları və medalları ilə Azərbaycan xalqını sevindirəcəklər. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
FİLA prezidenti Rafael Martinetti artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, Dünya Kuboku yarışının əhəmiyyətini qeyd edib. R.Martinetti iştirakçıları salamlamış, turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür edib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışının iştirakçılarını salamlayaraq və bu mötəbər turnirin təşkilini ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz təşəkkürünü bildirib. N.Əliyev demişdir: “Azərbaycan Respublikasının Prezidenti, milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində son illər Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrdə olduğu kimi, sosial sahənin, eləcə də mədəniyyətin və idmanın tərəqqisinə də öz müsbət təsirini göstərir.
Məlum olduğu kimi cəmi bir neçə gün sonra Bakı “Avroviziya” mahnı müsabiqəsinin iştirakçılarını və qonaqlarını qəbul edəcəkdir və bu, ölkəmizin mədəni həyatında çox mühüm hadisədir. 2012-ci il ölkə prezidenti tərəfindən Azərbaycanda “İdman ili” elan edilmişdir və bu da təbiidir ki, idmanın inkişafına yeni bir təkan verəcəkdir. Biz çox şadıq ki, Dünya Kuboku kimi mötəbər bir yarış da məhz bu il Bakıda keçirilir. Növbəti hədəfimiz 2020-ci il yay Olimpiya idman oyunlarına sahiblik etmək uğrunda mübarizə aparmaqdır”.
London Olimpiadası ərəfəsində keçirilən bu yarışın güləşçilər üçün güclərini sınamaq, ustalıqlarını artırmaq baxımından da mühüm əhəmiyyətə malik olduğunu bildirən AGF-nin I vitse-prezidenti Namiq Əliyev Dünya Kuboku yarışını açıq elan edib.
Yarışda dünyanın 10 ölkəsindən 200-dək idmançı dünya kuboku uğrunda mübarizə aparacaqlar. Mayın 12-də yarımqruplar üzrə görüşlər, 13-də isə final görüşləri keçiriləcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi