Arda Turan: "Bu, mənim ən böyük istəyim idi"

Arda Turan: "Bu, mənim ən böyük istəyim idi"
GÜNDƏM 10 May 2012 / 10:28 2986
-  A +

“Avroliqanın final oyununda Türkiyənin bayrağını dalğalandırmaq ən böyük istəyim idi. Orada keçirdiyim hissləri sözlə ifadə etmək mənim üçün çətindir. Çox xoşbəxtəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri NTV Spor-a Avroliqanın final oyunundan dərhal sonra açıqlama verən “Atletiko” (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan deyib.

Arda oyunla bağlı daha sonra bunları bildirib: “Bizim komandanın bütün üzvləri ulduz futbolçulardır. Hamı bu oyunda öz üzərinə düşənin öhdəsindən layiqincə gəldi. Uğurda hamının payı böyükdür. İnanılmaz bir komandamız var. Radamel Falkao isə çox önəmli futbolçudur. O ulduzdur və işinə çox sadiqdir.

Keçən mövsümdən indiyədək öz üzərimdə çox çalışmışam. Özümü xeyli inkişaf etdirmişəm. Keçmişdə olan söhbətlərə qayıtmaq istəmirəm. Amma onu deyim ki, futbolda psixoloji amil çox böyükdür. Komandamızın kapitanı Antonio Lopez 1 ildir ki, zədəlidir. Amma heç kim buna görə etiraz etmir" - deyə türkiyəli futbolçu sözlərinə əlavə edib.

Xatırladaq ki, dünən Avroliqanın final oyunu çərçivəsində "Atletik" (Bilbao) ilə qarşılaşan "Atletiko" (Madrid) rəqibini 3:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Daha çox


Son xəbərlər