Bakıda dünya kuboku keçiriləcək (VİDEO)

Bakıda dünya kuboku keçiriləcək (VİDEO)
GÜLƏŞ 3 May 2012 / 15:38 2739
-  A +

Mayın 12-13-də Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək.
 
Qol.Az-ın məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək.
 
Yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
 
Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14:00-da keçiriləcək.




Daha çox


Son xəbərlər