Çinin Tayuan şəhərində keçirilən London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turniri başa çatıb.
Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, turnirin son günündə yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Şalva Qadabadze (96 kq) inamlı mübarizə apararaq turnirin qalibi adını qazanıb və Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Şalva Qadabadze ardıcıl olaraq özbək Yevgeni Açkasov (3:0, 0:1, 4:0), ukraynalı Sergey Veroşkin (2:1, 1:0), gürcü Soso Cabidze (1:0, 2:0) və çex David Valanı (1:0, 2:0) məğlub edib. Finalda italiyalı Dayqoro Timonçini də (0:4) tam üstünlüklə məğlub edərək turniri qalib kimi tamamlayıb.
Qeyd edək ki, bu, güləşçilərimizin London Olimpiadasına 13-cü lisenziyası olub.
Buna qədər yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), sərbəst güləşdə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və 2 qadın güləşçimiz – Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Xatırladaq ki, 4-6 may 2012-ci il tarixdə Finlandiyanın Vantaa şəhərində güləş üzrə sonuncu lisenziya turniri keçiriləcək. Həmin turnirdə güləşçilərimiz daha 5 lisenziya qazana bilər.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi