"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo "Bavariya" ilə dünən keçirilən oyunda diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, ÇL-in yarımfinal mərhələsinin cavab matçında 2 qol vuran portuqaliyalı ulduz oyundan sonra təyin olunan penaltilər seriyasında şansını boşa verərək azarkeşlərini məyus edib.
Həmin epizoda münasibət bildirən "Real"ın baş məşqçisi Joze Mourinyo bu haqda belə danışıb: "Ronaldo bu mövsüm çox gözəl oyun sərgiləyir. Ancaq ən yaxşı futbolçuların da başına bəzən belə hadisələr gəlir. Bilmirəm, həmin epizodda Ronaldo qol vurmağı bacarmadı, yoxsa Noyer əla oynayaraq, buna imkan vermədi".
Ronaldo və Messinin müqayisəsinə də toxunan Mourinyo "Ronaldonun ən yaxşı olub-olmadığını söyləməklə radikal danışmaq istəmirəm. Nəticədə iki böyük futbolçudan danışırıq. Onu deyə bilərəm ki, Ronaldo da Messi kimi penalti zərbəsindən yararlana bilmədi" - deyərək fikrini tamamlayıb.
Qeyd edək ki, "Barselona"nın ulduz futbolçusu Lionel Messi də ÇL-in yarımfinal mərhələsində "Çelsi" ilə keçirilən cavab matçında penalti zərbəsini qola çevirə bilməmişdi. Messinin vurduğu top qapı dirəyinə tuş gəlmişdi.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində