"Qarabağ" Avroliqadan kənarda qala bilər

"Qarabağ" Avroliqadan kənarda qala bilər
ÖLKƏ FUTBOLU 26 Aprel 2012 / 11:16 2767
-  A +

Ağdamın "Qarabağ" klubu bu mövsüm Avropa Liqasından kənarda qala bilər.

Qol.Az-ın məlumatına görə, FİFA-nın "Xəzər Lənkəran"ın altı xalını geri qaytarması haqda qərarından sonra "Qarabağ" turnir cədvəlində dördüncü pilləyə düşüb. Ağdam təmsilçisi çempionatı dördüncü pillədə tamamlasa, heç bir halda Avroliqaya gedə bilməyəcək.
 
Hazırdan turnir cədvəlində "Qarabağ"ın 50 xalı var. Birinci yerdə 60 xalla "Neftçi", ikinci pillədə 54 xalla "Xəzər Lənkəran", üçünyü yerdə isə 52 xalla "İnter" qərarlaşıb. Maraqlıdır ki, "Qarabağ" Premyer Liqanın yerdə qalan üç oyununu məhz bu komandalarla keçirəcək: "Neftçi" və "Xəzər Lənkəran"la səfərdə, "İnter"lə evdə.
 
Qeyd edək ki, "Qarabağ" son üç ildə avrokuboklarda Azərbaycanın ən yaxşı təmsilçisi olub.


Son xəbərlər