FİFA "Xəzər Lənkəran"ın altı xalını geri qaytardı

FİFA "Xəzər Lənkəran"ın altı xalını geri qaytardı
ÖLKƏ FUTBOLU 26 Aprel 2012 / 09:54 2990
-  A +

Bu gün “Xəzər Lənkəran” Futbol Klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda “Xəzər Lənkəran” FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun səhv olunması qeyd olunub.

Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və “Xəzər Lənkəran” FK-nun 6 xalının dərhal bərpa edilməsini barədə ölkə futbol federasiyasından tələb etmişdir.

Həmin 6 xalın geri qaytarılması isə AFFA-nın müvafiq komitələrinin növbəti yığıncağında rəsmiləşəcək.

Son xəbərlər