Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, hər iki qarşılaşma eyni gündə baş tutub.
İlk finalçının adına Ağdamın Quzanlı qəsəbə satdionunda aydınlıq gəlib. Burada yerli "Qarabağ" klubu paytaxt təmsilçisi "Bakı" ilə qarşılaşıb. Səfərdə 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyünü qorumağa çalışacaqdı. "Bakı" isə finala yüksəlmək üçün səfərdə rəqibini mütləq məğlub etməli idi.
Lakin matçın 90 dəqiqəsi 1:0 hesabı ilə "Bakı"nın qələbəsi ilə başa çatdığından oyunda əlavə vaxta ehtiyac duyulub. Burada da qol olmadığından finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltilər seriyasında daha dəqiq oynayan "Bakı" finala yüksəlib - 5:4.
Digər görüş isə paytaxtda keçirilib. Burada "Neftçi" klubu paytaxtın digər təmsilçisi "İnter"lə qarşılaşıb. Bu oyunda istənilən məhsuldar heç-heçə "İnter" komandasını qane edəcəkdi. Lakin Cavid İmamverdiyevin matçın 22-ci dəqiqəsində vurduğu qol oyunda yeganə olub və "Neftçi" finala yüksəlib - 1:0.
25 aprel (çərşənbə)
Azərbaycan kuboku, yarımfinal mərhələsinin cavab oyunları
17:20. "Neftçi" - "İnter" (ilk oyun - 0:0) - 1:0
Qol: Cavid İmamverdiyev, 22 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 11. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə
“İnter”: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse
16:00. "Qarabağ" - "Bakı" (ilk oyun - 1:0) - 0:1 (Penaltilər seriyası - 4:5)
"Qarabağ": + - + + +
"Bakı": + + + + +
Qol: Lukas Horvat, 38 (0:1)
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, oyunun ikinci əlavə hissəsində "Qarabağ" klubunun hücumçusu Əfran İsmayılov zədələnərək meydanı tərk edib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hər 3 dəyişiklikdən istifadə etdiyi üçün Ağdam təmsilçisi qalan vaxtı azlıqda keçirməli olub.
"Qarabağ": 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (Rəşad Sadiqov, 60) 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov
"Bakı": 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 30. Verpakovskis Maris, 36. Parks Vinston
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?