“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Unibank Premyer Liqanın bu bazar keçiriləcək 29-cu turunun “Xəzər Lənkəran” - “Neftçi” qarşılaşmasının televiziya vasitəsiylə canlı yayımlanmayacağıyla bağlı məlumatlara münasibət bildirib.
Qol.Az-ın müxbiri ilə söhbətində o deyib ki, həmin oyunun yayım hüququ “Neftçi” futbol klubuna məxsus deyil: “Bilirsiniz ki, Premyer Liqada hazırda oyunların teleyayım hüququ meydan sahibi olan komandalara məxsusdur. Bu mənada, hazırkı durumda qarşıdakı oyununun yayımını “Xəzər Lənkəran” klubu təşkil etməlidir. Yox, əgər onlar təşkil etmək istəmirlərsə, yəqin ki, PFL buna müdaxilə edərək, yayımı özü təşkil edə bilər. “Neftçi” isə bu yayımı özü o vaxt təşkil edə bilər ki, “Xəzər Lənkəran” və PFL buna etiraz etməsin”.
E.Əşrəfoğlu bildirib ki, “Neftçi”nin bütün ev oyunları problemsiz olaraq televiziya vasitəsiylə canlı yayımlanır: “Hesab edirəm ki, qarşıdakı oyunu canlı yayımlamamaq azarkeşlər və televiziya tamaşaçılarına hörmətsizlikdir. Çünki Azərbaycanın bir nömrəli derbi oyunudur və bu matç canlı yayımlanmalıdır. Onsuz da, “Xəzər Lənkəran”-“Neftçi” qarşılaşmasında nəyisə bəhanə gətirmək olmayacaq ki, azarkeşlər stadiona gəlmir. Bu, elə bir derbi matçıdır ki, “Xəzər Lənkəran” azarkeşləri stadionu ağzına qədər dolduracaqlar. Çünki “Neftçi”ylə oyunda stadion hər zaman dolur. Düşünürəm ki, bu dəfə də dolacaq. Lənkəran klubu möhtəşəm azarkeşə malikdir. Xüsusən də, azarkeşlər “Xəzər Lənkəran”ın çətin durumda olduğu bir vaxtda komandalarına dəstək olacaqlar. Ona görə də, mənim fikrimcə, bu derbi qarşılaşması canlı olaraq yayımlanmalıdır. Bunu “Xəzər Lənkəran” və ya PFL edəcək onu deyə bilmərəm”.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq