“Çelsi”nin kapitanından fədakarlıq

“Çelsi”nin kapitanından fədakarlıq
DÜNYA FUTBOLU 7 Aprel 2012 / 01:18 2839
-  A +

Çempionlar Liqasının ¼ finalında Portuqaliya “Benfika”sı ilə cavab görüşü zamanı 2 qabırğasını sındırmış İngiltərənin “Çelsi” komandasının futbolçusu Con Terri aprelin 7-də “Uiqan”la Premyer Liqa matçında oynamaq niyyətindədir.

Təcrübəli müdafiəçi uzun müddətə sıradan çıxdığını düşünmür:

“Sadəcə, gözləmək lazımdır. Amma fikrimcə, “Uiqan”a qarşı oynaya biləcəyəm. Həkimlərimizin məni ayağa qaldırmaq üçün bir neçə ideyası var”.

Terrinin “Uiqan”la matçda ağrıkəsici və qabırğasında xüsusi sarğı ilə oynayacağı gözlənilir.

Qeyd edək ki, aprelin 4-də keçirilmiş oyunda Con Terri qabırğasından güclü dirsək zərbəsi alıb və oyunu davam etdirə bilməyib. Bunadək o, Çempionlar Liqasının 1/8 finalında İtaliya “Napoli”si ilə qarşılaşmada (4:1) dizindən zədələnib. Bu səbəbdən, Terri növbəti oyunu buraxıb.

Xəbər: lent.az

Son xəbərlər