“Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola komandası barədə Madridin “Real” klubunda çalışan həmrakı Joze Mourinyonun səsləndirdiyi son fikrə münasibət bildirib.
Qeyd edək ki, Mourinyo Çempionlar Liqasının yarımfinalında “Barsa”nın “Çelsi”dən üstün olub finala çıxacağını bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, Qvardiya “Saraqosa”ya qarşı keçiriləcək La Liqa oyunundan əvvəl təşkil etdiyi mətbuat konfransında Mourinyonun fikirlərinə kinayəli cavab verib.
O, əzəli rəqibləri, eyni zamanda “Barselona”nı va Qvardiolanı həzm edə bilməyən Mourinyonun dediklərinə münasibətini açıqlayarkən bunları bildirib: “ÇL-in yarımfinalında oynayacaq bütün komandaların şansları bərabərdir. Bizə güvənən Madrid “Real”ın düşərgəsindəki insanlara təşəkkür edirəm. Mourinyoya “Barselona”nı finalda gördüyünə, bizə qarşı bu sarsılmaz inamına görə minnətdaram. Söz oyunlarından sıxılmıram. Çünki bu da işimizin bir parçasıdır”.
Qvardiola eyni zamanda İspaniya futboluna ən böyük rəqib olan İngiltərə futbolu barəsində xoş sözlər deyərək ÇL-dəki rəqibləri “Çelsi” barədə bu fikirləri işlədib: “İngilis futbolunun yaxşı keçmişi var. “Çelsi” fantastik oyunlar nümayiş etdirmiş bir komandadır. Yarımfinalda onlarla iki çətin oyun keçirəcəyik”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində