Fevral ayının 14-16-da Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.
Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, turnirdə həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız iştirak edəcək.
Turnirdə iştirak edəcək sərbəst güləşçilər bu gün Kiyevə yola düşüb. Yığma komandanın 11 üzvünün yer aldığı heyətə böyüklərdən ibarət yığma komandanın məşqçisi Aslan Ağayev və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev rəhbərlik edir. Turnirdə medallar uğrunda Namiq Sevdimzadə (55 kq), Ağahüseyn Mustafayev, Hacı Əliyev (hər ikisi 60 kq), Emin Əzizov, Zəlimxan Hüseynov (hər ikisi 66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 74 kq), İlya Xamikoyev, Novruz Temrezov (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq) və Əli İsayev (120 kq) mübarizə aparacaq.
Baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yığma komandanın üzvləri isə fevralın 2-dən etibarən Kiyevdə təlim-məşq toplanışında iştirak edirlər. Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hamısı 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıb.
Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq çəkidə qadın, 55, 66, 84, 120 kq-da sərbəst, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın, 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi