Xəbər verdiyimiz kimi, 28-29 yanvar 2012-ci il tarixdə İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək.
Qol.Az-ın məlumatına görə, Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız məşqçilər Salih Bora, Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında turnirdə iştirak edəcək.
Məşqçilər korpusu tərəfindən 14 idmançının yer aldığı heyətə əsasən 1 və 2 nömrəli güləşçilər daxil edilib. Məşqçilər korpusu ilə yanaşı, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da turnirdə güləşçilərimizi izləyəcək.
Baş katib turnirlə bağlı fikirlərini bölüşüb: “Federasiya prezidenti cənab Fazil Məmmədov, I vitse-prezident cənab Namiq Əliyev güləşçilərimizin hazırlığını daim diqqət mərkəzində saxlayır. Hədəfimiz həm bu ilin mart ayında keçiriləcək Avropa çempionatında, həm də aprel ayında keçiriləcək London Olimpiya Oyunlarına vəsiqə verən təsnifat turnirlərində maksimum nəticə əldə etməkdir. Bunun üçün Federasiya tərəfindən maksimum şərait yaradılıb”.
Təsnifat turnirlərinin tarixinin bir-birinə çox yaxın olduğunu deyən Əjdər Cəfərov, həm 1-ci nömrələrin, həm də 2-ci nömrələrin hazırlığının yüksək səviyyədə olmasının vacibliyini bildirib: “Hər bir güləşçinin imkanı var ki, bu turnirdə uğurlu çıxış etsin və yerini möhkəmlətsin. Vehbi Emrenin xatirə turniri Yunan-Roma güləşi üzrə ilin ilk Qızıl Qran-Pri turniridir. Bu baxımdan burada güclü idmançılar iştirak edəcək, güclü rəqabət olacaq”.
Yarış boyu güləşçiləri izləyib, Bakıya qayıtdıqdan sonra məşqçilər korpusu ilə birlikdə qarşıdan gələn yarışlara hazırlıqla bağlı müzakirələr aparılacağını deyən baş katib, London Olimpiya Oyunlarına həm maksimum lisenziyaları əldə etmək, həm də yüksək hazırlıq prosesi keçmək əzmində olduqlarını dedi.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi