Yanvarın 28-29-da Türkiyənin İstanbul şəhərində Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək.
Qol.Az-a federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, I Qızıl Qran-Pri xarakterli yarışda Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Cənubi Koreya, Belarus, Özbəkistan, Qazaxstan, Yaponiya, Rusiya, İran, Ukrayna, Yunanıstan və Bolqarıstan milli komandalarının iştirak etməsi gözlənilir.
Yığmamız turnirə məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında 14 güləşçi ilə qatılacaq. Türkiyəli çalışdırıcılar 2012-ci ilin ilk sınağında Eldəniz Əzizli, Elçin Əliyev (hər iksi 55 kq), Kamran Məmmədov, Orxan Paşayev, Sakit Cəlilov (hər üçü 60 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rəsul Çunayev (hər üçü 66 kq), Niyaməddin İbrahimov, Samuray Mustafayev, Elvin Mürsəliyev (hər üçü 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorova (120 kq) şans verəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.
Qeyd edək ki, turnirin proqramına əsasən, yanvarın 28-də 55, 66, 84 və 120 kq, yanvarın 29-da isə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi