Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın məşqçisi Saleh Boranın müsahibəsi
- Azərbaycan Güləş Federasiyası tərəfindən iş təklifini necə qarşıladınız?
- Azərbaycan Güləş Federasiyasından iş təklifi gəldiyi zaman, xüsusilə mən, bizim üçün belə bir vəzifəyə dəvətin böyük şərəf olduğunu düşündüm. Federasiya rəhbərliyi ilə görüş zamanı bizə lazımi şəraitin yaradılması müqabilində müvəffəqiyyət qazanacağımızı bildirdik. Bildiyiniz kimi, mən uzun müddət Türkiyə güləş milli komandasında məşqçi işləmişəm. Dünya güləşi, xüsusilə Azərbaycan güləşi barədə geniş məlumatım var. Lazımi işləri yerinə yetirsək, Azərbaycan güləşinin daha da uğurlu nəticələr qazanacağına inanırıq. Hər hansı bir digər komanda ilə işləmək təklifi gəlsəydi, qəbul edəcəyimi həqiqətən düşünməzdim. Çünki Türkiyə yığması ilə dünya çempionluğu, dünya ikinciliyi, Dünya Kubokunda, Avropa çempionatında ikinci yeri qazanmış iddialı bir komandamız vardı. Mən Azərbaycanın da hər zaman yüksək nəticələrə iddialı olduğuna inanıram.
- Azərbaycan və Türkiyə güləşçiləri turnirlərdə, çempionatlarda tez-tez qarşılaşırlar. Azərbaycan güləşi və güləşçiləri barədə məlumatınız hansı səviyyədə idi?
- Uzun illərdir, Azərbaycanda və Türkiyədə keçirilən turnirlərdə güləşçiləri müşahidə edirdim. Azərbaycan güləşində xüsusilə aşağı yaş kateqoriyasında çox güclü idmançılar var. Ancaq yaş artdıqca yuxarı yaş dərəcələrində uyğunlaşma problemi var. Türkiyədə də bu belədir, dünyada da. Aşağı yaş qruplarında yüksək nəticə göstərən idmançılar yuxarı yaş dərəcəsində eyni nəticəni göstərə bilmir. Azərbaycanın aşağı yaş qruplarındakı vəziyyəti dünyanın digər ölkələrindən daha yaxşıdır. Çünki aşağı yaş qrupundan davamlı olaraq yaxşı güləşçilər yetişir. Xüsusilə 55, 60, 66 və 74 kq çəki dərəcələrində həqiqətən çox keyfiyyətli və güclü idmançılar var. Ancaq 84, 96 və 120 kq çəkidə idmançıların sayı azdır. Təbii ki, bunlar bir gündə həll ediləcək problemlər deyil. Biz də mövcud problemlərin həllində əlimizdən gələni əsirgəməyəcəyik.
- AGF tərəfindən yaradılan şərait sizi qane edirmi?
- Hər şeydən çox məmnunuq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirik. Təbii ki, bu işlər bir adamın təkbaşına öhdəsindən gələcəyi işlər deyil, komanda işidir. Biz bura öz komandamızla gəldik. Sistemlə bağlı kiçik problemlər var idi, onları həll etdik. Bizdən gözlənilən nailiyyətdir, bu nailiyyəti qazanacağımıza inanırıq.
- Sizin rəhbərliyiniz altında yığmamız Moskvada ilk sınağına çıxdı. Heyətdə daha çox gənclərə üstünlük vermişdiniz. Turnirin nəticəsi sizi qane etdimi?
- İlk öncə qeyd edim ki, Rusiya və Bolqarıstan komandaları turnirdə əsas heyətlə iştirak edirdi. Türkiyə yığması da bəzi çəki dərəcələrində əsas idmançılarını gətirmişdi. Belarus yığması gənc heyətlə iştirak edirdi. Avropa Millətlər Kuboku turniri bizim əsas hədəflərimizdə nəzərdə tutmadığımız bir yarış idi. Bu turnir üçün xüsusi hazırlıq prosesi keçmədik. Əsas heyət üzvlərindən yalnız Rafiq Hüseynov bu turnirdə iştirak edirdi. Digərləri gənclərdən ibarət yığmanın üzvləri idi. Bizim əsas hədəfimiz 2012-ci ildə keçiriləcək London Olimpiya oyunlarıdır. Hətta Olimpiadada iştirakını nəzərdə tutduğumuz güləşçilərin bir çoxu gələn ilin martında Serbiyada keçiriləcək Avropa çempionatını buraxacaq. Çünki Avropa çempionatından qısa müddət sonra Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlər başlayır. Bir idmançının bir il ərzində bir neçə dəfə zirvəyə qalxması mümkün deyil. Bizim üçün önəmli olan lisenziya turnirlərində maksimum lisenziya qazanıb, Olimpiadada uğurla çıxış etməkdir. Təbii ki, bunun üçün görüləsi xeyli işlər və zaman var. Hələlik iki çəki dərəcəsində lisenziyamız var, digər 5 çəkidə bizi gərgin mübarizə gözləyir.
- AGF rəhbərliyinin əsas hədəfi Olimpiya Oyunlarında bütün çəkilərdə təmsil olunmaqdır. Sizcə, bu mümkün ola biləcəkmi?
- İstanbulda keçirilən Dünya çempionatında bəzi çəki dərəcələrində bir çox güclü idmançılar da lisenziya qazana bilmədi. Qarşıdakı lisenziya turnirlərində gərgin mübarizələr olacaq. Ancaq biz bu lisenziyaları qazanacağımıza inanırıq. Digər ölkələrə nisbətən hazırlıqlarımıza daha tez başlamışıq. Proqramımızı lisenziya turnirlərinə və Olimpiya Oyunlarına uyğun hazırlamışıq və ona görə fəaliyyətimizi qurmuşuq. Dəqiq rəqəm söyləmək çətindir, ancaq maksimum sayda lisenziya qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Məqsədimiz Olimpiya Oyunlarında maksimum sayda idmançı ilə iştirak etmək və medallar qazanmaqdır.
- Bir aydan artıqdır ki, Azərbaycan güləş yığmasında çalışırsınız. Yığma komanda sizdə necə təsir bağışladı, güləşçilərimizin hazırlıq səviyyəsi necədir?
- Qeyd etdiyim kimi, 55, 60, 66 və 74 kq çəki dərəcələrində həqiqətən çox güclü idmançılar var. Rövşən Bayramov, Həsən Əliyev, Vitali Rəhimov və Rafiq Hüseynov güclü idmançılardır. Bunların hər birinin Olimpiya Oyunlarında medal şansları var. Digər idmançılar da yaxşıdır. Saman Təhmasibi və Şalva Qadabadzenin çəkilərində güclü rəqabət var. Ağır çəkilərdə də dünyada rəqabət güclüdür. Ancaq Olimpiya Oyunlarında hər şey mümkündür. Bir ay yarımdır ki, burdayıq. İdmançılar məşq prosesində çox əzmkar və istəklidirlər. Onlardakı bu əzmkarlığı görəndə, biz də daha yüksək istəklə çalışırıq. Əsas məqsədimiz Azərbaycan güləşinin inkişafı üçün əlimizdən gələni edərək daha yüksək uğurlara nail olmaqdır.
- Azərbaycanda güləş milli idman növüdür və bu idman növünün azarkeşləri digərlərinə nisbətən daha çoxdur. Onlar hər zaman güləşçilərimizdən qələbələr gözləyir. Güləş azarkeşlərinə sözünüz nədir?
- Mən Azərbaycan azarkeşlərini türk azarkeşlərindən ayırmıram. Biz hamımız eyni irqdən, eyni kökdən gələn insanlarıq. Mənim fikrimcə, türk milləti nə düşünürsə, Azərbaycan milləti də eyni şeyi düşünür. Bizim uğurumuz onların uğuru olacaq. Güləş türklərin milli idman növüdür. Məncə, Olimpiya Oyunlarında həm Azərbaycanın, həm də Türkiyənin böyük nəticələr əldə edəcəyi idman növü güləşdir. Biz uğur qazanacağımıza inanırıq, bu inancımızı güləşçilərimizə də aşılamağa çalışırıq. Onlar da inandığı zaman heç bir problem olmayacaq. Həm türk, həm də azərbaycanlı azarkeşlərdən bizi daim dəstəkləmələrini gözləyirik.
Mənbə: www.awf.az
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer
"Qarabağ"da qolları sıralayırdı, indi aylardır ehtiyatda qalıb... - Juninyoya nə olub?
Hamidu Keyta yenidən Azərbaycan klubunda - Rəsmi
"Çelsi"dən 70 milyonluq transfer
"Kayzerslautern" Mahiri təbrik etdi
"Beşiktaş" "Roma"dan futbolçu aldı
"Qarabağ"la "Zalsburq" 11 il sonra yenidən qarşılaşacaq
"Mançester Siti" "Əl-Hilal"a belə uduzdu - Video
Remzinin yeni klubu bəlli oldu
Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?
"Bavariya" iki futbolçu ilə vidalaşdı
Klublararası dünya çempionatında sensasiya
“Zirə”nin rəqibindən qələbə
“İnter” 1/8 finalda uduzdu - Dünya çempionatı
“Qəbələ” təlim-məşq toplanışına start verdi
Beş futbolçu komandanı tərk etdi - Reşford, Asensio...
Aksel Vitsellə bağlı qərar verildi - Rəsmi
"Zirə"də Utziq problemi
"Komanda gözlədiyimizdən yaxşı çıxış etdi" - Rəşad Sadıqov
"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi
"Portu"da yeni baş məşqçi
"Liverpul" milli üzvü ilə müqaviləni yenilədi
"Beşiktaş"da ayrılıq
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Aspilikueta "Atletiko"dan ayrıldı
"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi
Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"