Bu gün AÇ-2012-nin "play-off" mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən "play-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 yığmanın da kimliyinə aydınlıq gələcək.
Bu axşam keçiriləcək 4 görüşdən ən maraq doğuranı isə İstanbulda baş tutub. Burada Türkiyə və Xorvatiya milliləri üz-üzə gəlib. Millimizlə bir qrupda mübarizə apararaq "play-off"a qalan Türkiyə millisi AÇ-2012-nin final mərhələsinə getmək üçün son olaraq Xorvatiya səddini keçməlidir.
Bu komandalar 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşmışdı. 120 dəqiqəsi qolsuz başa çatan görüşdə hesab matça əlavə edilmiş dəqiqələrdə açılmışdı. Lakin Xorvatiya millisinin sevinci cəmi bir dəqiqə sürmüşdü.
Semih Şəntürkün son saniyələrdə vurduğu qol Türkiyə millisinin məğlubiyyətdən xilas etmişdi. Oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "ay-ulduzlular" yarımfinala vəsiqə qazanmışdılar. Lakin həmin vaxtdan bu yana hər iki komandanın heyətində ciddi dəyişikliklər baş verib.
Xorvatiya millisinin İstanbula qisas dalınca gəlməsi artıq heç kəsdə şübhə doğurmurdu. AÇ-2004 və DÇ-2006-nın "play-off" mərhələlərinin türklər üçün uğursuz olduğunu nərəzə alsaq, Quus Hinddinkin işinin çətin olacağı gözlənilən idi.
Xorvatların qisası isə çox ağır alınıb. Rəqibini səfərdə 3 cavabsız qolla məğlub edən Xorvatiya demək olar ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Türkiyə millisinin işi isə sadəcə möcüzəyə qalıb. Xorvatiyada baş tutacaq cavab oyunu isə formal xarakter daşıyacaq.
Türkiyə - Xorvatiya oyunu ilə yanaşı, bu axşam daha 3 görüş keçirilib. Seçmə mərhələnin son görüşündə Danimarkaya məğlub olmaqla işini çətinə salan Portuqaliya millisi səfərdə Bosnia - Hersoqovinanın qonağı olub. Tərəflərin səylərinə baxmayaraq, bu görüşdə hesab açılmayıb. Günün digər görüşlərində isə Çexiya Çernoqoriyanı, İrlandiya isə Estoniyanı isə məğlub edib.
Qeyd edək ki, "play-off" oyununlarının cavab qarşılaşmaları 4 gün sonra - noyabrın 15-də keçiriləcək.
11 noyabr
AÇ-2012-nin "play-off" oyunları
23:00. Bosniya və Herseqovina - Portuqaliya - 0:0
23:05. Türkiyə - Xorvatiya - 0:3
Qollar: Oliç, 2 (0:1), Mandzukiç, 32 (0:2), Corluka, 51 (0:3)
23:15. Çexiya – Çernoqoriya - 2:0
Qollar: Pilar, 63 (1:0), Sivok, 90 (2:0)
23:45. Estoniya - İrlandiya - 0:4
Qollar: Andrevs, 13 (0:1), Ualters, 67 (0:2), Robi Kin, 71 (0:3), 88-pen (0:4)
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi