Emin Mahmudov bundesliqada oynaya bilər

Emin Mahmudov bundesliqada oynaya bilər
DÜNYA FUTBOLU 26 Oktyabr 2011 / 19:10 3731
-  A +

Moskvanın «Spartak» klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov karyerasını Almaniya və ya İsveçrədə davam etdirə bilər.

Qol.Az-ın «Bobsoccer» saytına istinadən yaydığı məlumata görə, «Spartak» əsas heyətdə yerini itirən Mahmudovu adları çəkilən ölkələrdən birinin klubuna ya icarə verə, ya da birdəfəlik sata bilər.

Eminin Almaniya və İsveçrə klublarının maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, Emin bu mövsüm «Spartak»da 14 oyun keçirib və bir qol belə vura bilməyib.


Son xəbərlər