Türkiyənin məşhur futbol şərhçisi Ərman Toroğlu dünən keçirilən Türkiyə - Azərbaycan matçını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Toroğlu "ay-ulduzlular"ın "play-off"a vəsiqə qazanmasına baxmayaraq, Türkiyə futbolunun eniş dövrünü yaşadığını bildirib:
Ərman Toroğlunun Türkiyə - Azərbaycan matçı haqda şərhini təqdim edirik:
"Türkiyənin öz meydanında belə oyun göstərməsi heç də normal deyil. Bunu əsasən rəqibimizə görə deyirəm. Məncə, Azərbaycan milli komandası Bank Asya Liqasında heç ilk beşliyə düşə bilməz. Bəs Türkiyə milli komandası Bank Asya Liqasında çempionluğa oynaya bilərmi? Oynayar.
Amma bizim futbolçular bu sözlərdən nəticə çıxaracaqlarmı? Bu heç də inandırıcı görünmür. Çünki Azərbaycanla oyundan sonra Hiddinklə qucaqlaşıb sevinirdilər. Oyuna gəldikdə isə rəqibin müdafiəsini mərkəzdən yarıb qol vura biləcək hücumçumuz çox azdır. Belə olan təqdirdə isə daha çox cinahlardan hücum etməli idik.
Vurduğumuz qol isə tamamilə "Trabzonspor"un üslubu oldu. Bir-birini yaxşı tanıyan iki futbolçunun paslaşması və Azərbaycanlı müdafiəçinin ayağının sürüşməsi qol vurmağımızda əsas rol oynadı.Bu epizoddan başqa təhlükəli hücumumuz oldumu? Olmadı. Bəs Azərbaycan millisinin hücumunu gördükmü? Görmədik. Qapıçımız hava bir az da soyuq olsaydı, xəstəxanaya aparılacaqdı.
Türkiyə millisini Hiddink yox, yerli mütəxəssis çalışdırsaydı, daha yaxşı olmazdımı? Birmənalı şəkildə deyirəm, belə yaxşı olardı. "Türk Telekom Arena"sının azarkeşləri mükəmməl olsa da, ot örtüyü bərbad idi. Dünən gecə azəri müdafiəçinin ayağı sürüşdü və biz qələbə qazandıq. Ancaq belə zəmində daha güclü komandalara qarşı oynasaq, bu dəfə bizim ayağımız sürüşəcək və biz məğlub olacağıq".
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"