Türkiyənin İstanbul şəhərində güləş üzrə keçirilən dünya çempionatında bu gün daha 3 idmançımız döşək üzərinə çıxıb.
Qol.Az-ın məlumatına görə, bunlar 60 kq-da Zəlimxan Hüseynov, 96 kq-da Xetaq və 84 kq-da Şərif Şərifovdur.
Bu idmançılarımızdan Zəlimxan Hüseynov ilk görüşünü litvalı Vitas Çumakova, Xetaq Qazyumov ukraynalı Alen Zaseeyə, Şərif Şərifov isə cənubi koreyalı Çan Uk Yuna qarşı keçiriəcək.
Mübarizəyə 1/32 finaldan qoşulan Zəlimxan Hüseynov litvalı rəqibini 7:1 və 3:0 hesabları ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. 1/16 finalda türkiyəli Ərsin Çətinlə qarşılaşan Hüseynov rəqibini 1:0, 0:2 və 5:0 hesabları ilə məğlub edib.
1/16 finala yüksələn güləşçimizin bu mərhələdəki rəqibi isə çinli Fenqom Qao olub. Təmsilçimiz Qao üzərində də inamlı qələbə (1:4, 5:0, 6:4) qazanıb. 1/4 finalda puerto-rikalı Franklin Matos rəqibinə 1:0, 0:1 və 1:2 hesabları ilə məğlub olan Hüseynov yarımfinala adlaya bilməyib.
Lakin Matosun finala çıxması güləşçimizə yenidən medal və lisenziya qazanmaq şansı yaratmışdı. Təəssüf ki, ilk görüşündə gürcüstanlı rəqibi Malxaz Zalkuaya məğlub olan Hüseynov dünya çempionatında medalsız və lisenziyasız qalıb.
Digər təmsilçimiz Şərif Şərifov da ilk mərhələni uğurla adlayıb. Cənubi koreyalı rəqibini 6:0 və 2:0 hesabları ilə məğlub edən Şərifov növbəti mərhələyə vəsiqə qazanıb. Güşləşçimiz növbəti mərhələdə amerikalı Kael Sandersonla qarşılaşıb. Rəqibini 3:1 və 4:1 hesabları ilə üstələyən Şərifov 1/8 finala yüksəlib.
Bu mərhələdə qazaxıstanlı Ernek Baydauşov 3:0 və 3:0 hesabları ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə iranlı rəqibi Alirza Qudarziyə 2:1 və 3:1 hesabı ilə qalib gələn Şərifov finala adlayıb. Bununla da, Şərifov ən azı lisenziyanı özü üçün təmin edib. Finalda ukraynalı İbrahim Aldatovu 1:0 və 2:0 hesabları ilə məğlub edən Şərifov dünya çempionu adını qazanıb.
Daha bir güləşçimiz - Xetaq Qazyumov də ilk görüşünü qələbə ilə başa vurub. Ukraynalı Alen Zaseeyə 1:0 və 3:0 hesabları ilə qalib gələn güləşçimiz 1/8 finala adlayıb. Təmsilçimiz rəqibi isə belaruslu Ruslan Şeyxov olacaq.
Lakin təəssüf ki, idmançımız belaruslu rəqibinə məğlub olub - 0:1, 0:2. Bununla belə, rəqibi finala çıxacağı təqdirdə Qazyumovun da medal və lisenziya qazanmaq şansı yaranacaq. Ancaq belaruslu güləşçinin də finala çıxa bilməməsi Qazyumovu medalsız və lisenziyasız qoyub.
Qeyd edək ki, dünən güləşçilərimiz üçün uğursuz gün olub. Üç çəki üzrə mübarizə aparan güləşçilərimizdən heç biri nə medal, nə də lisenziya qazana bilib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi