Azərbaycan güləşçiləri üçün uğursuz gün

Azərbaycan güləşçiləri üçün uğursuz gün
GÜLƏŞ 16 Sentyabr 2011 / 18:15 3660
-  A +

İstanbulda davam edən güləş üzrə dünya çempionatında bu gün daha üç iştirakçımız medallar uğrunda mübarizəyə qoşulub.

Qol.Az-ın məlumatına görə, ilk olaraq döşək üzərinə 55 kq-da yarışan Mahmud Məhəmmədov çıxıb. Onun rəqibi Cənubi Koreya idmançısı Enq-Yub Kim idi. 

Məhəmmədov 1/16 final mərhələsində koreyalı rəqibini 4:0 və 6:0 hesabları ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Güləşçimizin bu mərhələdi rəqibi isə qazaxıstanlı Dauletom Niyazbekov olub. Lakin Məhəmmədov rəqibinə 2:2, 2:1 və 0:2 hesabları ilə uduzub. Belədə, təmsilçimiz lisenziya və medal qazanması üçün Niyazbekovun finala çıxmasını gözləməli olub. Ancaq qazaxıstanlı idmançı bunun öhdəsindən gələ bilməyib.

Maqomedovdan başqa, daha iki idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün yarışıblar. Çempionata 1/8 final mərhələsindən başlayan Nadya Semençova ilk görüşündə rusiyalı Natalya Kukşina ilə qarşılaşıb. Rəqibini 1:1 və 1:1 hesabları ilə məğlub edən güləşçimiz adını 1/4 finala yazdırsa da, bu mərhələd yaponiyalı Yoşika İno üzərində eyni uğuru təkrarlaya bilməyib. Güləşçimiz rəqibinə 0:1, 1:0 və 0:1 hesabları ilə məğlub olub.

Finala çıxa bilməyən yaponiyalı güləşçi isə öz növbəsində Semençovanın da medal arzusunu gözündə qoyub. 

Mübarizəyə 1/16 finaldan qoşulan İvanova hindistanlı rəqibi Pret Kauru 2:0 və 6:2 hesabları ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Təəssüf ki, 1/8 finalda belaruslu Vasilisa Marzaliukla qarşılaşan güləşçimiz rəqibinə uduzub. Marzaliuk finala adlaya bilmədiyindən İvanova da lisenziya və medal qazanmaq şansını itirib. 

Daha çox


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi