Türkiyədə keçirilən güləş üzrə dünya çempionatında bu gün daha bir həmyerlimiz medal qazanıb.
Qol.Az-ın məlumatına görə, 51 kq çəki dərəcəsində mübarizə aparan Patimat Baqomedovanın ilk görüşdə məğlub olduğu monqolustanlı idmançı Otqosetseq Daavasuk finala yüksəldiyi üçün güləşçimiz üçün bürünc medal qazanmaq üçün əlinə gözəl imkan düşmüşdü.
Baqomedova artıq bu yolda ilk maneəni dəf edib. O, Aleksandra Engelhartla görüşdə inamlı qələbə qazanaraq (5:0), növbəti mərhələyə adlayıb.
Baqomedova növbəti görüşündə hindistanlı Rati Neha ilə qarşılaşıb və 5:0 hesablı qələbəyə sevinib. Güləşçimiz bu dəfə də uğur qazanaraq ölkəmizə daha bir medal qazandırıb.
Qeyd edək ki, bu çəki üzrə yarışda olimpiadaya lisenziya verilmir.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi