Bu gecə UEFA Çempionlar Liqasında daha 8 qarşılaşma keçirilib. Qol.Az-ın məlumatına görə, bütün görüşlər eyni saatda başlayıb.
Günün ən maraqlı qarşılaşması A qrupunda baş tutub. Burada "Mançester Siti" öz meydanında "Napoli"ni, "Villareal" isə "Bavariya"nı qəbul edib.
Şəhərlilər "Napoli"yə qalib gələ bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb. "Bavariya" isə səfərdə rəqibindən üstün olub. Hər hissədə bir qol vuran almanlar oyundan 2:0-lıq qələbə ilə ayrılıb.
Azərbaycan futbolsevərləri üçün əsas maraq doğuran qarşılaşmalardan biri isə İtaliyada keçirilib. Çempionlar Liqasında "Fənərbaxça"nı əvəzləyən "Trabzonspor" səfərdə "İnter"in qonağı olub.
Bu görüşün əsas favoriti hesab olunan "İnter" "Trabzonspor" qarşısında aciz qalıb. Rəqibinə 1:0 hesabı ilə qalib gələn "Trabzonspor" sensassiyaya imza atıb.
Qeyd edək ki, "Trabzonspor" 28 il bundan öncə məhz bu gün öz meydanında "İnter"i 1:0 hesabı ilə məğlub etmişdi. Sevindirici haldır ki, Milanda bu qələbəni bayram edən türklərin əlində Azərbaycan bayrağı da dalğalanıb.
Qrupun digər oyununda isə "Lill" öz meydanında Moskva CSKA-sını qəbul edib. Son Fransa çempionunun CSKA qarşısında 2:0 hesabı ilə önə keçsə də sonda oyundan 1 xalla ayrılıb - 2:2.
İsveçrənin "Bazel" klubu doğma azarkeşlər önündə Rumıniya çempionu "Otselul" ilə qarşılaşıb. "Bazel" rəqibinə 1:0 hesablı qələbəyə sevindiyi halda, "Mançester Yunayted" səfərdə "Benfika" ilə 1:1-lik bərabərə qalıb.
Son Hollandiya çempionu "Ayaks" öz meydanında Fransanın "Lion" klubunu sınağa çəkib. Amsterdamda baş tutan görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Xorvatiyanın "Dinamo" klubu isə öz meydanında "Real"ı qəbul edib. Güclü rəqibi qarşısında yaxşı təsir bağışlayan "Dinamo" matçın 53-cü dəqiqədə Di Marianın qoluna mane ola bilməyib və "Real" oyundan 3 xallaayrılıb.
14 sentyabr
Çempionlar Liqasının qrup mərhələsinin oyunları
A qrupu
23:45. "Mançester Siti" (İngiltərə) – "Napoli" (İtaliya) - 1:1
Qollar: Kavani, 69 (0:1), Kolarov, 74 (1:1)
23:45. "Villareal" (İspaniya) – "Bavariya" (Almaniya) - 0:2
Qollar: Kroos, 7 (0:1), Rafinya, 76 (0:2)
B qrupu
23:45. "İnter" (İtaliya) – "Trabzonspor" (Türkiyə) - 0:1
Qol: Çelustka, 76 (0:1)
23:45. "Lill" (Fransa) - CSKA (Moskva, Rusiya) - 2:2
Qollar: Sou, 45 (1:0), Pedretti, 57 (2:0), Dumbiya, 72 (2:1), Dumbiya, 90 (2:2)
C qrupu
23:45. "Bazel" (İsveçrə) - "Otselul" (Rumıniya) - 2:1
Qollar: Fray, 39 (1:0), 84-pen (2:1), Pena, 58 (1:1)
23:45. "Benfika" (Portuqaliya) - "Mançester" Yunayted" (İngiltərə) - 1:1
Qollar: Kardozo, 24 (1:0), Giqqz, 42 (1:1)
D qrupu
23:45. "Ayaks" (Hollandiya) – "Lion" (Fransa) - 0:0
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Real" (İspaniya) - 0:1
Qol: Di Maria, 53 (0:1)
13 sentyabr
"E" qrupu
23:45. “Genk” (Belçika) – “Valensiya” (İspaniya) - 0:0
23:45. “Çelsi” (İngiltərə) – “Bayer” (Almaniya) - 2:0
Qollar: David Luiz, 67 (1:0), Mata, 90 (2:0)
"F" qrupu
23:45. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) - 0:1
Qol: Qonzales, 51 (0:1)
23:45. “Borussiya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Van Persi, 42 (0:1), Perisiç, 88 (1:1)
"G" qrupu
23:45. APOEL (Kipr) – “Zenit” (Rusiya) - 2:1
Qol: Zryanov, 63 (0:1), Manduka, 73 (1:1), Almeyda, 75 (2:1)
23:45. “Porto” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) - 2:1
Qollar: Adriano, 12 (0:1), Halk, 28 (1:1), Kleber, 51 (2:1)
"H" qrupu
23:45. “Vitoriya” (Çexiya) – BATE (Belarus) - 1:1
Qollar: Bakos, 45 (1:0), Bressan, 69 (1:1)
23:45. “Barselona” (İspaniya) – “Milan” (İtaliya) - 2:2
Qollar: Pato, 1 (0:1), Pedro, 36 (1:1), Vilya, 50 (2:1), Silva, 90 (2:2)
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"