“Beşiktaş” – “Makkabi” oyununda Fələstin bayrağına qadağa

“Beşiktaş” – “Makkabi” oyununda Fələstin bayrağına qadağa
DÜNYA FUTBOLU 13 Sentyabr 2011 / 14:50 2546
-  A +

Türk polisi Avroliqanın qrup mərhələsində sentyabrın 15-də İstanbulda baş tutacaq “Beşiktaş” – “Makkabi” (Təl-Əviv) görüşündə hər hansı insidentin yaşanmaması üçün əlindən gələni edir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, azarkeşlər arasında adi bir qarışıqlığa belə imkan vermək istəməyən türk hökuməti stadionun daxilində və ondan kənarda Fələstin bayraqlarının açılmasına qadağa qoyub. Hətta hazırda qapalı tribunalarda türk bayrağının açılmaması da gündəmdədir.

Qeyd edək ki, həmin oyunda çevik polis alayının 1200 əməkdaşı və 800 polis təhlükəsizliyi təmin edəcək.

Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu