Bu gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni saatda başlayıb.
İlk oyun gününün ən maraqlı qarşılaşması heç şübhəsiz, “H” qrupunda baş tutub. ÇL-in son qalibi “Barselona” doğma “Nou Kamp”da son İtaliya çempionu “Milan”ı sınağa çəkib.
Oyunboyu üstün nəzərə çarpan "Barselona" qələbəni matçın son dəqiqələrində əldən verib 2:2. Bu qrupun digər matçında isə Çexiya çempionu “Vitoriya” Belarus BATE-si ilə heç-heçə edib - 1:1.
Günün maraq doğuran qarşılaşmalarından biri də İngiltərədə keçirilib. Almaniyanın “Bayer” klubu Londonda “Çelsi”nin qonağı olub. Bu görüş "zadəganların 2:0-lıq qələbəsi ilə başa çatıb. “Valensiya” isə Belçikada yerli “Genk” klubu ilə heç-heçə oynayıb.
“F” qrupunda yer alan “Arsenal” və Dortmund “Borussiya”sı arasında görüş də azarkeşlər tərfindən maraqla gözlənilən oyunlardan idi. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1. Bu qrupun digər görüşündə isə “Olimpiakos” və “Marsel” klubları üz-üzə gəlib. Bu oyun isə qonaqların 1:0-lıq qələbəsi ilə başa çatıb.
Rusiya Premyer Liqasının son çempionu “Zenit” digər sürpriz komanda – Kiprin APOEL (Nikosiya) klubu ilə münasibətlərinə aydınlıq gətirib. "Zenit" oyunda hesabı açsa da, sonda meydanı məğlub tərk edib - 1:2.
Avroliqanın son qalibi “Portu” isə möhtəşəm “Draqao” stadionunda Ukrayna çempionu “Şaxtyor”u qəbul edib. Ukraynalılar oyunda hesabı açan tərəf olsa da, sonda "Portu" qələbə qazanıb - 2:1.
13 sentyabr
Çempionlar Liqası, I turun oyunları
"E" qrupu
23:45. “Genk” (Belçika) – “Valensiya” (İspaniya) - 0:0
23:45. “Çelsi” (İngiltərə) – “Bayer” (Almaniya) - 2:0
Qollar: David Luiz, 67 (1:0), Mata, 90 (2:0)
"F" qrupu
23:45. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) - 0:1
Qol: Qonzales, 51 (0:1)
23:45. “Borussiya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Van Persi, 42 (0:1), Persiç, 88 (1:1)
"G" qrupu
23:45. APOEL (Kipr) – “Zenit” (Rusiya) - 2:1
Qol: Zryanov, 63 (0:1), Manduka, 73 (1:1), Almeyda, 75 (2:1)
23:45. “Porto” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) - 2:1
Qollar: Adriano, 12 (0:1), Halk, 28 (1:1), Kleber, 51 (2:1)
"H" qrupu
23:45. “Vitoriya” (Çexiya) – BATE (Belarus) - 1:1
Qollar: Bakos, 45 (1:0), Bressan, 69 (1:1)
23:45. “Barselona” (İspaniya) – “Milan” (İtaliya) - 2:2
Qollar: Pato, 1 (0:1), Pedro, 36 (1:1), Vilya, 50 (2:1), Silva, 90 (2:2)
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"