“Son illər dünya futbolunun inkişafı və azarkeşlərin bu idman növünə marağı göz qabağındadır. Artıq ölkəmizdə də futbolun inkişafı üçün yaxşı şərait yaradılıb və tərəfdarların klublara marağı artıb. “Bakı” Futbol Klubu olaraq, biz də bu marağı nəzərə alıb, klubun hazırkı və vəziyyəti və imkanları daxilində bu proyekti hazırladıq”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Bakı”nın Marketinq və Media Departamentinin rəhbəri Nəriman Mehdiyev “Bakı” Web TV-nin yaranması zərurəti haqda danışarkən Qol.Az-a bildirib. Onun sözlərinə görə, layihə hazır olduqdan sonra, bu barədə klubun prezidenti Hafiz Məmmədova fikirlərini bildiriblər: «Hafiz müəllim də heç tərəddüd etmədən bu layihəmizi dəstəklədi. «Azərbaycanda futbolun inkişafına dair dövlət proqramında” bununla bağlı bir bənd var. Əgər bu proqramla tanışsınızsa, onun 4-cü bəndində futbolun təbliğat və təşviqatı xüsusi vurğulanır. Bütün bunları nəzərə alıb, belə bir layihə hazırladıq və mən deyərdim ki, uğurlu alındı».
N.Mehdiyevin sözlərinə görə, “Bakı” WEB TV vasitəsilə komandanın bütün yaş qruplarının oyunları canlı yayımlanacaq: «Təsəvvür edin, valideynlər, uşaqlar evlərində oturub, oyunlara canlı baxa biləcəklər. Bu Azərbaycanda bir ilkdir. Bundan başqa, gələcəkdə “Bakı”nın Premyer Liqada keçirdiyi ev oyunları da canlı yayımlanacaq. Bildiyiniz kimi, səfər oyunlarında yayım hüququ ev sahibi olan komandalara məxsus olur. Əgər həmin klubların razılığını ala bilsək, komandamızın səfər görüşləri də Web TV vasitəsilə yayımlanacaq”.
Mehdiyev Web TV-nin özəllikləri barədə də məlumat verib: “Ümumiyyətlə WEB TV-nin ən önəmli özəlliyi odur ki, canlı yayımlanan oyun qurtardıqdan sonra onun arxivində saxlanılır. Yəni matçı canlı izləmək imkanı olmayan şəxslər WEB TV-nin arxivinə daxil olaraq, oyuna baxa bilərlər. Bundan başqa, səfərdə olanlar, televiziya vasitəsilə oyunlara baxa bilməyənlər “Bakı” WEB TV vasitəsilə komandanın oyunlarını izləyə bilərlər”.
Klub rəsmisi Web TV-nin açılmasına baxmayaraq, hazırda “Bakı”nın Premyer Liqada keçirdiyi oyunların yayım hüququna malik olan “İdman Azərbaycan” telekanalı ilə əməkdaşlığı davam etdirəcəkləri bildirib: “İdman Azərbaycan” peyk vasitəsilə yayımlanır. Nəticədə, “Bakı”nın oyunlarını Azərbaycandan uzaqda olan azarkeşlər də izləyirlər. Evlərində kompyuter, internet olmayanlar matçlara məhz telekanal vasitəsilə baxırlar. “İdman Azərbaycan” telekanalı ilə əməkdaşlığımızı gələcəkdə davam etdirmək istəyirik. Ümumiyyətlə, “Bakı” Futbol Klubu media ilə münasibətləri həmişə yaxşı saxlamağa çalışır”.
N.Mehdiyev gələcəkdə “Bakı” TV-nin də fəaliyyətə başlamasının mümkünlüyünü də vurğulayıb: “Bu, hər bir klubun arzusudur ki, onun özəl telekanalı olsun. Bizim də bununla bağlı proyektlərimiz var. Amma hələ ki, əlimizdəki imkalara görə, Web TV-ni yaratdıq. Gələcəkdə televiziya kanalımız da fəaliyyətə başlaya bilər”.
Departamentin rəhbəri “Bakı”nın ölkə xaricindən gətirdiyi reklam lövhələrinin aqibəti barədə isə bunları deyib: “Reklam lövhələri hazırda bizim bazamızdadır. Bir ara belə bir söhbət çıxdı ki, guya elektron lövhələr futbolçulara mane olur. Ancaq bu lövhələrdən 7-8 ildir ki, istifadə olunur. Bu vaxt ərzində lövhələrə görə heç bir bədbəxt hadisə baş verməyib. Elektron reklam lövhələrini ancaq ali futbol qurumu FİFA qadağan edə bilər ki, hələlik belə bir şey yoxdur. Avrokuboklarda mübarizə aparan komandalarımız öz oyunları zamanı bizə müraciət edib, lövhələrdən istifadə edə bilərlər. Biz burada heç bir kommersiya məqsədi güdmürük. Canla-başla klublarımıza lazımı imkanları yaratmağa hazırıq”.
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video