“Kəpəz”in yubileyi uğursuz oldu

“Kəpəz”in yubileyi uğursuz oldu
ÖLKƏ FUTBOLU 13 Aprel 2026 / 11:53 319
-  A +

Misli Premyer Liqasının 27-ci turu “Kəpəz” üçün əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib. Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.

“Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.


Son xəbərlər
topaz banner