"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Ukrayna millisinin baş məşqçisi vəzifəsinə namizəd göstərildiyinə dair yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, o, bu haqda Misli Premyer Liqasının 27-ci turunun "Araz-Naxçıvan"la matçından (2:1) sonra təşkil olunan mətbuat konfransında danışıb.
Y.Vernidub Ukrayna mətbuatındakı iddiaların əsassız olduğunu dilə gətirib. 60 yaşlı mütəxəssis bu məsələ ilə bağlı onunla heç kimin əlaqə saxlamadığını söyləyib: "Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından orada doğru məlumatları bölüşəcəm.
Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə mənim də adımı ora daxil ediblər. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da "Neftçi"dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər mübarizə aparacağıq.
Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya verirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür".
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?