Nazim Süleymanov AZAL-da qala bilər

Nazim Süleymanov AZAL-da qala bilər
ÖLKƏ FUTBOLU 11 İyul 2011 / 13:40 2597
-  A +

“Nazim Süleymanovun istefa məsələsinə baxılacaq. Müzakirə olunduqdan sonra qərar veriləcək”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.

Klub rəsmisinin sözlərinə görə, gənc mütəxəssisin yenidən öz vəzifəsinə qaytarılmaq ehtimalı var: “Hələlik rəhbərlik səviyyəsində müzakirələr davam edir. Nazim Süleymanovun yenidən öz vəzifəsinə qayıda bilər. Amma hər şey müzakirələrin nəticəsindən asılıdır. Yəqin ki, bir-iki günə məsələyə aydınlıq gələcək”.

Qeyd edək ki, başda AZAL-ın kapitanı Aqil Nəbiyev olmaqla, komandanın əksər üzvləri Süleymanovun baş məşqçi vəzifəsinə qaytarılmasını istəyirlər.

Yusifovun futbolçuların bu istəyinə münasibəti isə belə olub: “Bunlar futbolçular yox, rəhbərlik səviyyəsində həll olunan məsələdir. Baş məşqçinin komandada qalıb-qalmayacağı ilə bağlı qərar rəhbərlik səviyyəsində veriləcək. Amma əlbəttə ki, bu zaman futbolçuların xahişi də nəzərə alına bilər».

Daha çox


Son xəbərlər