“Qarabağ”ın ən böyük azarkeş dəstəyi olan “İmarət” Fan Klubu komandanın İdarə Heyətinə müraciət ünvanlayıb.
Qol.Az saytı həmin müraciəti olduğu kimi təqdim edir:
"Məlumdur ki, Azərbaycanın ən köklü futbol klublarından olan Ağdamın “Qarabağ” Klubunun əsası 1951-ci ildə qoyulmuşdur. 1966-ci il Azərbaycan SSRİ daxili birinciliyində “Məhsul” adı ilə çıxış edən Ağdam klubu iki il sonra fəaliyyətini dondurmuş və 70-ci illərin sonunda bərpa olunaraq bu dəfə “Şəfəq” və “Kooperativ” adı daşımış və nəhayət 1988-ci ildə “Qarabağ” adı ilə ölkə çempionatının qızıl medallarına yiyələnmişdir.
XX əsrin son illərində klub bir çox sıxıntılardan ciddi əziyyət çəkib. Bütün bunlara baxmayaraq "Qarabağ" 2-ci dəstəyə yollanmamış və Azərbaycan futboluna öz töhfəsini verməkdə davam etmişdir. Biz bu gün Qarabağın adını Avropa və dünyanın digər bölgələrində eşidirik. Bir çox ölkələrdə klubumuzu tanıyır, onu ciddi rəqib kimi qəbul edir və pərəstişakarlarının sayı durmadan artır.
Klubun 60 illik tarixi olmasına baxmayaraq onun emblemində 1987-ci il yazılması Qarabağın klubunun tarixinin 36 ilini itirməyimizdir. Bu gün dünyaya biz Qarabağın qədim Azərbaycan ərazisi olduğunu isbat etməyə çalışırıq. Bizə düşmən qüvvələr Qarabağın adını və tarixini bizdə oğurlamağa çalışır. Belə bir zamanda klubun tarixinin cavanlaşdırılmasına nə zərurət var?Zənnimizcə “Qarabağ” adının bizim komandaya məhz münaqişə başdayan vaxtlardan,1987-ci ildən yox daha keçmişdən məxsus olduğunu göstərmək labüddür.
2001-ci ildə ən sıxıntılı dövrümüzdə xeyirxah əməlləri ilə nəinki Azərbaycanda,hətta bütün şərqdə, türk dünyasında ad qazanan "Azərsun" Holdinq şirkəti "Qarabağ" adına sahib çıxdı və bu adı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Qoozalın bilavasitə şəxsi köməkliyi ilə klubun maddi problemləri həll olundu. Bizim dünya futbolunun tam hüquqlu üzv olmağımızda “Azərsun”un böyük köməyi oldu.İndi də “Azərsun” rəhbərliyinə o yaraşar ki,adımızınvə özümüzün tarixini tam yaşatsın və bütün dünyaya son 24 ildə deyil,son 60 ildə mövcud olduğumuzu göstərsin..
Avropaya inteqrasiya edirik və klubumuzun daha təcrübəli olmasını göstərmək istəyirik. Lakin klubun emblemində 1987-ci il yazılması bizim əl-qolumuzu bağlayır. Biz istəyirik ki, 60 illlik tariximiz olduğun bütün dünya bilsin. Buna görə Sizlərdən xahiş edirik Klubun rəsmi emblemində qeyd edilən 1987-rəqəmi 1951 rəqəmi ilə əvəz olunsun".
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video