"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"

"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
DÜNYA FUTBOLU 10 Noyabr 2026 / 09:38 163
-  A +

“Bavariya"nın fəxri prezidenti Uli Hoenes komandanın futbolçusu Camal Musialanın səhhəti ilə bağlı açıqlama verib.

QOL.az xəbər verir ki, o, BR telekanalının “Sonntags-Stammtisch” proqramında almaniyalı futbolçunun sağlamlıq vəziyyəti və karyerası ilə bağlı qeyri-müəyyənliklərdən danışıb.

Hoenes 23 yaşlı yarımmüdafiəçinin dərmanlarla müəyyən qədər nəzarətdə saxlanılan, lakin asanlıqla müalicə olunmayan xəstəlikdən əziyyət çəkdiyini bildirib:

“Əlbəttə, çıxılmaz vəziyyətdəyik. Onun dərmanlarla müəyyən qədər nəzarətdə saxlanıla bilən, lakin asanlıqla müalicə olunmayan xəstəliyi var. Musialanın bir vaxtlar nümayiş etdirdiyi performans səviyyəsinə nə vaxtsa qayıdıb-qayıtmayacağı isə bəlli deyil.

Bununla belə, ona maaş ödənilməyə davam edir. Təsəvvür edin, ‘Bavariya’ indi müqaviləsini müzakirəyə çıxarsa və desə ki, hazırda göstərdiyi performans müqavilədə nəzərdə tutulan səviyyəyə uyğun deyil... Biz isə Camalı hərtərəfli və qeyd-şərtsiz dəstəkləyirik”.

Qeyd edək ki, Musialada nevroloji disfunksiya ilə əlaqəli qısamüddətli tutmalar olur. O, bu yay "Bavariya"nın ardıcıl iki oyununda huşunu itirib.


Qarabağ FK
Son xəbərlər
09.11.26  11:22

200-cü heç-heçə

topaz banner