Millimizdən kənar qalan Lorenzonun zədəsi ciddi deyil

Millimizdən kənar qalan Lorenzonun zədəsi ciddi deyil
XƏBƏR 10 Noyabr 2026 / 08:20 415
-  A +

Azərbaycan millisinin və İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Lorenzo Mezzoteronun zədəsinin ciddi olmadığı ehtimal edilir.

QOL.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttomercatoweb” nəşri məlumat yayıb.

Bildirilib ki, 18 yaşlı hücumçu B seriyasında “Karrareze” ilə keçirilən son çempionat matçında ayağının üst hissəsinə aldığı zərbə nəticəsində zədələnib.

Futbolçunun vəziyyəti yaxın saatlarda əlavə müayinələrdən sonra qiymətləndiriləcək. Lakin “Sampdoriya”da ilkin təəssüratlar müsbətdir. Klubda zədənin ciddi olmadığı düşünülür.

Bununla belə, zədə Mezzoteronun Azərbaycanın əsas millisinin heyətində ilk dəfə çıxış etmək imkanını təxirə salıb.

Xatırladaq ki, AFFA noyabrın 9-da Mezzoteronun zədə səbəbindən millinin heyətindən çıxarıldığını açıqlayıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski yığmaya dəvət olunub.


Qarabağ FK
Son xəbərlər
09.11.26  11:22

200-cü heç-heçə

topaz banner