"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərdi

"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərdi
ÖLKƏ FUTBOLU 11 İyul 2011 / 00:50 2547
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubu sifariş ərizəsini UEFA-ya göndərib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, flaqman Avropanın ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə görüşün iştirak ərizəsinə 22 futbolçunun adını daxil edib.
 
Qapıçılar: Saşa Stamenkoviç, Rauf Mehdiyev, Elçin Sadıqov
Müdafiəçilər: Rail Məlikov, Ruslan Abışov, Denis Silva, İqor Mitreski, Alessandro Viana da Silva, Ruslan Əmircanov, Tərlan Quliyev, Kərim Diniyev
Yarımmüdafiəçilər: Slavço Georgievski, Rodriqinyo, Flavinyo, Rəşad Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov
Hücumçular: Emil Mpenza, Bahodir Nasimov, Ruslan Qurbanov, Emin Mehtiyev
 
Qeyd edək ki, "Neftçi"nin "Dinamo" ilə ilk görüşü iyulun 13-də, cavab oyunu isə iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər