Nazim Süleymanovun Belorusiyanın «Minsk» klubuyla oyundan öncə səsləndirdiyi iki fikir diqqətləri çəkmişdi: «Minsk»i də uda bilməcəyiksə, daha burada niyə işləyirəm?» və «Minsk» Azərbaycan Premyer Liqasında ilk «altılığ»ında oynamaq gücündə olan komanda deyil».
Bəli, Bakıdakı ilk oyundan əvvəl bu, bir tərəfdən cəsarətli bəyanata bənzəyirdisə, digər tərəfdən kimliyindən və səviyyəsindən asılı olmayaraq, rəqibə açıq-aşkar hörmətsizlik idi. Hər halda Azərbaycan məşqçiləri, onların klublarının göstərdiyi nəticələr hələ o səviyyəyə gəlib çatmayıb ki, Avropa miqyaslı yarışlarda belə cəfəng və yersiz fikirlər səsləndirəsən. Amma Süleymanov oyundan öncə çox arxayın idi: «Minsk»i də uda bilməcəyiksə, daha burada niyə işləyirəm?»
Mətləbi çox uzatmayağacam, təkrar oyundan sonra Süleymanovu bu ifadəsinə görə ən azı onun belorusiyalı həmkarı Tarakanov peşman etdi. Tarakanovun kasıb «Minsk» komandası Nazim Süleymanovun milyonçu AZAL komandasına başa saldı ki, futbolu sözlə və pulla yox, topla oynayırlar.
Süleymanovun məşqçi kimi buraxdığı səhvləri indi bir-bir sadalamağa ehtiyac yoxdur. Hər halda AZAL-ın Avropadakı uğursuzluğuna görə Nazim Süleymanov hamıdan çox özünün təqsiri olduğunu etiraf edib.
Futbol səhvlərlə dolu bir oyundur, futbolçu da səhv edər, məşqçi də. Amma ən əsası bu səhvləri etiraf etmək, sözünün üstündə kişi kimi durmaq bacarığıdır.
«Minsk»i də uda bilməcəyiksə, daha burada niyə işləyirəm?» - deyən Süleymanov sözünün üstündə dayandı və elə «Minsk»dəki təkrar matçdan sonra istefa verdiyini açıqladı.
Mən ən azı bu addımına görə, Foqts başda olmaqla ölkəmizdə çalışan bəzi məşqçilərə, eləcə də onların arxasında dayanan futbol çinovniklərinə istefa mədəniyyəti ilə nümunə olduğuna görə Süleymanova «sağ ol» deyirəm.
Nazim Süleymanov vətəni Azərbaycan qarşısındakı borcunu futbolçu kimi çoxdan ödəyibdi. Bilənlər bilir, bilməyənlər, Azərbaycan futbolunun ən azı yaxın tarixindən xəbəri olmayanların isə bunu öyrənməsi çətin bir şey deyil.
Bəli, dediyimiz kimi, Süleymanov sözünün üstündə durub istefasını verdi və AZAL-da işlədiyi dövrü qapadı.
İndi isə gələk əsas məsələyə, daha doğrusu, əsas şəxsə: bu istefa ərizəsini qəbul edən və «Minsk»ə uğursuzluğa görə bütün məsuliyyəti Nazim Süleymanovun üstünə atan AZAL-ın prezidenti Vaqif Qasımova.
Yenə də mətləbi çox uzatmadan və bu isti gündə oxucunu çox yormadan qeyd edim ki, Vaqif Qasımov AZAL-ın uğursuzluğuna görə bəlkə də hamıdan çox məsuliyyət daşıyır.
Cənab Qasımov, lütfən izah edin, AZAL komandası üçün xaricdə təlim-məşq toplanışı niyə təşkil etmədiniz? Niyə xəsislik edib Cahangir Əsgərovun klubunuza ayırdığı milyonlarla puldan bir balaca da komandanın hazırlıq prosesinə xərcləmədiniz? Ola bilər, biz nəyisə bilmirik, bilirsinizsə, siz deyin.
Əllərinə sağlıq, bu gün «Futbol+» qəzetindəki həmkarım Vaqif Qasımovun verdiyi şirin vədlər barəsində yaxşı bir yazı hazırlayıb. Yazıda deyilir ki, AZAL-ın Avropada oynayacağı müəyyənləşəndən sonra Qasımov həmin qəzetə belə bir açıqlamada bulunub:
«Rəhbərlik olaraq, super transferlər həyata keçirməyə hazırlaşırıq. Azı 4-5 səviyyəli legioner alacağıq. Hansı ki, hər biri ölkəsinin yığmasının üzvüdür».
Və ya Qasımovun bu açıqlamasına diqqət yetirək:
«Bu dəfə təlim-məşq toplanışına Türkiyəyə yox, Baltikyanı ölkələrdən birinə gedəcəyik. Çox güman ki, bu, Latviya olacaq. Latviyada iki həftə qalmağı planlaşdırırıq».
Əziz oxucu, nə səni, nə də özümü yormaq fikrindəyəm, amma AZAL klubu bu suallara cavab versin: bəs, hanı Vaqif Qasımovun supertransferləri? Hanı Latviyada nəzərdə tutulan təlim-məşq toplanışı? Avropada ölkəmizi təmsil edəcək «Qarabağ», «Xəzər Lənkəran», «Neftçi» təlim-məşq toplanışı keçmək üçün xaricə gedə bilirsə, AZAL bunu niyə etmir? Pulu qurtarıb?
Yoxsa, məşqçi Nazim Süleymanov öz cibindən pul qoyub milyonçu AZAL komandasını təlim-məşq toplanışını aparmalıydı? Bəlkə Süleymanov maaşından kəsib AZAL üçün supertransfer həyata keçirməliydi?
Bu suallara biz yox, siz cavab verməlisiniz, cənab Vaqif Qasımov: niyə dediyinizi eləmədiniz?
Yeri gəlmişkən, yuxarıda Nazim Süleymanovun vədinə eməl etdiyini təsadüfən xatırlatmadıq.
Axı, gərək ki, Vaqif Qasımov «Minsk»lə ilk oyun gününün ertəsi Qol.Az saytına başqa bir vəd də vermişdi.
Bu yerdə onun bu sözlərini xatırlatmağa mütləq ehtiyac var. Buyurun, bir daha tanış olun:
“Nazim müəllim il yarımdır ki, bizimlədir. O, AZAL-a baş məşqçi təyin olunanda komanda 12-ci pillədə idi. Daha sonra 7-ci yerə yüksəldi. Son mövsümdə isə 4-cü pillənin sahibi kimi Avroliqaya vəsiqə qazandı. Məşqçinin işi göz qabağındadır. Özünüz də görürsünüz ki, nəticə var. Ona görə də “Minsk”lə səfər oyunun nəticəsindən asılı olmayaraq, Süleymanov öz vəzifəsində qalacaq”.
Nazim Süleymanov sözünün üstündə durdu, «Minsk»lə cavab oyunundan sonra istefa ərizəsini Vaqif Qasımova təqdim etdi…
Süleymanovun istefasından xəbər tutan Vaqif Qasımovun buna reaksiyası ilə belə oldu: «Gedəni saxlamazlar. Bütün günahlar ondadır».
Bəli, Nazim Süleymanovun yeri səvh düşmüşdü.
Kim nə deyir desin, AZAL Süleymanovun komandası deyildi. Daha doğrusu, oradakı mühit ona uyğun deyildi.
Ona görə də Nazim Süleymanov AZAL-dan getməklə bağlı hökmünü məhz özü verdi: yəni özü getdi, qovulmadı.
Süleymanov dediyini elədi.
«Süleymanov vəzifəsində qalacaq» - deyən Vaqif Qasımov, bəs, siz niyə vədinizə əməl etmədiniz?
Bəlkə də çətin sual ola bilər: amma cavabını biz özümüz də verə bilərik:
O Nazim Süleymanovdur, siz isə Vaqif Qasımov.
ELGÜN
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi