“Anji”yə keçmək xəbərini birinci dəfə sizdən eşidirəm”

“Anji”yə keçmək xəbərini birinci dəfə sizdən eşidirəm”
ÖLKƏ FUTBOLU 9 İyul 2011 / 11:25 2705
-  A +

Ukrayna millisi və Kiev “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Əliyev haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, 26 yaşlı futbolçu Mahaçqalanın “Anji” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Həmyerlimiz “Anji”nin onunla maraqlanmadığını deyib:

“Siz bu barədə haradan oxumusunuz? “Anji”yə keçmək xəbərini birinci dəfə sizdən eşidirəm. Bu, tamamilə şayiədir. Deyin görüm, orada Yuri Syominin məni icarəyə vermək istədiyi xəbərini də oxumusunuz? Başa düşə bilmirəm, bu cür xəbərləri haradan çıxarırlar. Təkrar eləyirəm, hamısı yalandır”.

Qeyd edək ki, Əliyevin “Anji”nin maraq dairəsində olduğu və yaxın vaxtlarda bu komandaya keçmə ehtimalı olduğu söylənilirdi.

Daha çox


Son xəbərlər