«Qarabağ»ın qapıçısı Fərhad Vəliyev dünən Avropa Liqasında Litva «Banqa»sına qarşı keçirilmiş oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb
- “Banqa” ilə ilk görüşdə Qurban Qurbanov çərçivəni Boyan Pavloviçə həvalə etmişdisə, təkrar oyunda sənə forma geyinmək şansı verdi. Ola bilərmi ki, təkrar görüş çox əhəmiyyət daşımadığından baş məşqçi belə bir addım atdı?
- Daim əsas heyətdə yer almasam da, bütün oyunlara çox yüksək səviyyədə hazırlaşıram. Qurban müəllim də məni nə vaxt meydana buraxsa, canla-başla öz vəzifəmin öhdəsindən gəlməyə hazıram. Dediyiniz kimi, ilk oyunda Pavloviç, təkrar oyunda isə mən əsas heyətdə meydana çıxdım. Əlbəttə, mən istisna etmirəm ki, səfərdə böyükhesablı qələbə qazandığımıza görə məşqçi ikinci görüşdə mənə şans verib. Buna baxmayaraq, ehtiyatda qalmağımın heç bir problemi yoxdur. Məşqlərdə istəklə çalışıraq öz vaxtımı gözləyirəm. Ən əsası “Qarabağ”ın uğurlarıdır.
- Təkrar oyunda özünü yaxşı tərəfdən göstərməyi bacardın, ən azı qapını toxunulmaz saxladın. Bu, sənin növbəti mərhələdə “Streymur”la oyunda əsas heyətdə oynamağına kömək edə bilər?
- Hər şey mümkündür. Niyə də olmasın? Axı, bu, futboldu. Hamı bilir ki, Qurban müəllim bacarıqlı və istedadlı futbolçuları dəyərləndirməyi bacaran məşqçidir. Biz də öz növbəmizdə yüksək səviyyədə məşq edirik və bilirik ki, Qurban Qurbanov hər birimizi istənilən halda meydana «döyüş»ə ata bilər.
- Komandanız ikinci hissədə zəif təsir bağışladı. Elə bunun müqabilində rəqib sənin qoruduğun qapı qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı. İlk hissədən sonra komandada nə baş verdi?
- Birinci hissədə 2:0 hesabı ilə irəli olduğumuzdan komanda ikinci yarıda bir qədər sakit oyuna üstünlük verdi. Ola bilər ki, hesabı qorumaqla yanaşı, qapımızı toxunulmaz saxlamaq üçün belə etdik. Ancaq sizinlə razıyam ki, rəqib ikinci yarıda bir qədər fəallaşaraq qol vurmaq istədi. Bir neçə təhlükəli qol vəziyyəti də yaratmağa da imkan tapdılar.
- Bəlkə ikinci hissədə futbolçularını zədə və ya vərəqələrdən qorumaq üçün Qurban müəllim sizə nələrsə söyləmişdi?
- Yox, Qurban müəllimin bu haqda nəsə deməyini mən eşitmədim. Ancaq ola bilər ki, baş məşqçimiz bununla bağlı futbolçulara nəsə tapşırsın.
- Avroliqadakı növbəti rəqibiniz olan Farer adalarını “Streymur” klubu haqda nə deyə bilərsən?
- Onların turnirə ikinci mərhələdən başlaması zəif komanda olmadığına işarədir. Açığı, “Streymur”un heç bir oyununun video yazısını izləməmişik. Yəqin ki, yaxın vaxtlarda klub və futbolçuları haqda məlumat toplayacağıq. Komanda yoldaşlarım internetdən rəqib haqda bəzi məlumatlar öyrəniblər. Onlardan biri də odur ki, rəqibin meydançası süni örtüklüdur.
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video