Avstriyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" klubu heyətini gücləndirməkdə davam edir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi Avroliqanın ikinci təsnifat mərhələsində qarşılaşacağı İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə oyunöncəsi 6 futbolçu ilə münasibətlətrini rəsmiləşdirib.
Həmin futbolçuları təqdim edirik:
Oliveira Eder Bonfim: 30 yaşlı braziliyalı futbolçu əsasən sağ cinah müdafiəçisi mövqeyində oynayır. Karyerasının son üç mövsümünü Rumıniyada oynayan Ederin son iş yeri “Styaua” (Buxarest) komandası olub. Bundan əlavə o, bir çox Portuqaliya klubunda çıxış edib ki, onların arasında “Benfika” və “Braqa” da olub. Bonfim ötən mövsüm Avropa Liqasında “Liverpul”un qapısından qol keçirməklə də yadda qalıb. "Xəzər Lənkəran"la oyunçu arasında 1 illik müqavilə imzalanıb.
Rikardo Vilana Qomeş: Həmyerlisi Bonfimlə birlikdə ötən mövsüm “Styaua”nın şərəfini qoruyub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Bu klubun heyətində ötən mövsüm Avropa Liqasında çıxış etməklə yanaşı, daha əvvəl digər rumın klubu “Unirea” ilə Rumıniya çempionu olub və UEFA Çempionlar Liqasında oynayıb. Rikardo Qomeş klubla 2 illik müqavilə bağlayıb.
Marius Onofraş: 30 yaşlı rumıniyalı futbolçu cinah yarımmüdafiəçisi və hücumçu rollarında çıxış edir. Yuxarıda sadalanan iki oyunçu kimi, o da ötən mövsümü “Styaua”nın heyətində keçirib. Bundan əlavə, Onofraş müxtəlif Rumıniya klublarında forma geyinib, “Xəzər Lənkəran” isə onun vətənindən kənarda oynadığı ilk klubdu. “Unireya”nın heyətində 2009/2010 mövsümündə Çempionlar Liqasında oynamış Marius “Qlazqo Reyncers”ə vurduğu qolla da yadda qalıb. Futbolçu ilə komanda arasında 1 illik müqavilə imzalanıb.
Joao Pinto Ribeiro Paulo: 31 yaşlı portuqaliyalı mərkəz hücumçusu karyerasına “Boavişta” klubunda başlayıb. Müxtəlif Portuqaliya klublarının heyətində çıxış etmiş Pinto, həmçinin Rumıniyanın “Rapid Buxarest”, son mövsümdə isə Kiprin “Olimpiakos Nikosiya” klubunu şərəfini qoruyub. Forvard Kipr klubunun heyətində 16 qol vurmağı bacarıb. Klub Pinto ilə 2 illik müqavilə bağlayıb.
Çaba Borbeli: Macarıstan əsilli rumın vətəndaşı olan 31 yaşlı hücumçu müxtəlif Rumıniya klublarının heyətində 200-dən artıq oyun keçirib. Son mövsümdə isə ölkəsinin çempionu olan “Otselul Qalatsi”nin şərəfini qoruyub. Futbolçu ilə klub arasında 1 illik müqavilə imzalanıb.
Veldin Muharemoviç: Komandaya son qoşulan bosniya və herseqovinalı müdafiəçi karyerası ərzində ölkəsini “Sarayevo” və Belçikanın “Lokeren” komandalarında çıxış edib. Bir neçə dəfə yığma komandaya da çağırılan Muharemoviçin 27 yaşı var. Müdafiəçi "Xəzər Lənkəran"la 1 illik müqaviləyə imza atıb.
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video