Hidayət 1/8 finalda dayandı, Rəşid bürünc uğrunda yarışacaq

Hidayət 1/8 finalda dayandı, Rəşid bürünc uğrunda yarışacaq
CÜDO 6 Oktyabr 2026 / 14:40 2989
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur. Görüşlər saat 10:30-da başlayıb.

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov ilk görüşünü 1/32 finalda Akil Qyakovaya (Kosovo) qarşı keçirib və rəqibini məğlub edib. 1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələn Hidayət bu görüşdə də qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Onun 1/8 finalda rəqibi Covannni Esposito (İtaliya) olub. Heydərov bu qarşılaşmada məğlub olaraq çıxışını başa vurub.

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada) qalib gəlib. R.Məmmədov 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qarşılaşıb və rəqibini məğlubiyyətə uğradıb. Cüdomumuz 1/4 finalda Dayyan Bulemtafeslə görüşüb. Qarşılaşma Britaniya cüdoçusunun qələbəsi ilə yekunlaşıb. Amma R.Məmmədəliyev təsəlliverici qarşılaşmada Leonardo Valerianiyə qalib gələrək bürünc medal uğruna görüşə vəsiqə qazana bilib. 

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner