Azərbaycan klubları indiyə qədər avrokuboklar çərçivəsində 140 oyun keçirib. Bu gün səfərdə «Minsk»lə qarşılaşacaq AZAL-ın ilk oyunda qolu heç-heçə ilə kifayətləndiyini nəzərə alıb, klublarımızın çıxış tarixçəsinə göz gəzdirdik.
Maraqlıdı, ilk oyundakı (təkcə evdə yox, həm də səfərdə) 1:1 bizimkilərə nə vəd edir? Bəribaşdan deyək ki, göz önündə acı mənzərə canlandı: ilk oyunda belə hesabla üzləşdiyimiz beş haldan yalnız birində növbəti mərhələyə vəsiqə qazanmışıq.
2006/07 mövsümündə UEFA kubokunda mübarizə aparan «Qarabağ» Kişinyovdan 1:1-lə qayıdandan böyük əksəriyyət «Zimbru»nun məsələsinin həll olunduğunu düşünürdü. Amma evdə sürpriz şəkildə uduzan (1:2) ağdamlılar kişinyovluların növbəti mərhələyə yolunu açdı.
Sonrakı mövsümdə Moldovanın bir başqa təmsilçisi – bu dəfə «Daçiya» Azərbaycan klubunu eyni şəkildə cəzalandırdı. Fərq ondadı ki, ilk oyun Bakıda keçirildi, cütün taleyini isə penaltilər həll etdi. «Bakı» İntertoto kubokunun həm ev, həm də səfər oyununda 1:1 etdiyindən, penaltiləri daha dəqiq yerinə yetirən «Daçiya» uğura sevindi.
2007/08 mövsümünün hesabında bizim üçün düşərli olmayan daha bir - 1:1 var. Çempionlar Liqasının oyununda «Dinamo» ilə qolu «sülh»ə razılaşan «Xəzər Lənkəran» Zaqrebdəki səfər oyununun əlavə vaxtında 1:3 hesablı məğlubiyyətlə barışdı.
2008/09 mövsümündəki 1:1-lərdən biri uğur, o biri isə uğursuzluq gətirib. «İnter» «Partizan»la ev oyununda bu hesabla kifayətlənib, bütün ümidlərini cavab görüşünə bağlasa da, belqradlılar evdə «bankirlər» məğlub etdi - 2:0.
Nəhayət, yeganə uğur nümunəsi… Bu da «Neftçi»nin adı ilə bağlıdı. 2008/ 09 mövsümündə İntertoto kubokunda mübarizə aparan bakılılar «Jerminal»a səfər oyununda heç-heçə etdi. – 1:1. Evdəki cavab görüşündə Elnur Allahverdiyevin vurduğu yeganə qol «Vasluy»a məhz «ağ qaralar»ı rəqib etdi.
Gördüyünüz kimi, ilk oyundakı 1:1, adətən, bizimkilərə uğur gətirmir. Amma bu, uzaqbaşı, rəqəmlərin hansısa qanunauyğunluğa söykənməyən hökmüdü. «Təyyarəçilər»in bu hökmlə heç cür razılaşmayacağına ümid edirik.
Mənbə: “Futbol+” qəzeti
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video