Bu gün Avroliqanın birinci təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə iki təmsilçimiz - "Qarabağ" və AZAL klublarının taleyinə aydınlıq gəlib.
"Qarabağ" Litvanın "Banqa" komandasını öz meydanında qəbul edib. AZAL isə Belarusda "Minsk"in qonağı olub. "Qarabağ" ilk görüşdə olduğu kimi, yenə böyük hesabla qalib gəlib. Amma bu dəfə 4:0 yox, 3:0 hesablı qələbə qeydə alınıb. Növbəti mərhələdə Ağdam komandasının rəqibi "Streymur" (Farer adaları) olacaq.
Bakıda baş tutan ilk görüşdə rəqibinə qalib gələ bilməyən AZAL isə Belarusda məğlubiyyətlə üzləşib. Bununla da Nazim Süleymanovun komandası elə birinci mərhələdə dayandırmalı olub. Beləliklə, ikinci təsnifat mərhələsində Türkiyə "Qaziantepspor"una "Minsk" rəqib olub.
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk görüşləri iyulun 14-də, cavab qarşılaşmaları isə ayın 21-də keçiriləcək.
7 iyul
Avroliqanın birinci təsnifat mərhələsinin cavab qarşılaşmaları
22:00. "Minsk" – AZAL - 2:1
Qollar: Yevgeni Loşankov, 5 (1:0). Denis Saşenko, 10 (2:0). Zohair Benuahi, 66 (2:1)
Qırmızı vərəqə: Usim Nduka, 46 (AZAL)
Hakimlər: Angel Angelov, Nikolay Angelov, Ventsislav Qavrilov, Aleksandar Kostadinov
(Bolqarıstan).
Hakim-inspektor: Patritiu Abrudan (Rumıniya).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
(İlk oyun – 1:1)
Minsk"in start heyəti: Simas Skinderis, İqor Voronkov, Aleksandr Saçivko, Andrey Razin (k), Dmitri Şeqrikoviç, Denis Saşenko, Yevgeni Loşankov, Artyom Rəhmanov, Nikolay Zenko, Nikolay Osipoviç, Taina Soro
AZAL-ın start heyəti: Cahangir Həsənzadə, Hüseyn Axundov, Aqil Nəbiyev, Robert Petrov, Usim Nduka, Mənsur Limani, Viktor İbekoyi, Tərlan Xəlilov, Zohair Benuahi, Nuqzar Kvirtiya, Enyo Krastovçev
21:00. "Qarabağ" - "Banqa" - 3:0
Qollar: Admir Teli, 29 (1:0), Rəşad Sadiqov, 35 (2:0). Ansi Aqolli, 76 (3:0)
Hakimlər: Yuri Mojarovski, Aleksandr Voytyuk, Mikola Levko, Vitali Romanov (hamısı Ukrayna).
Hakim-inspektor: Jozef Marko (Slovakiya).
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).
(İlk oyun – 4:0)
"Qarabağ"ın start heyəti: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 18. İlqar Qurbanov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 2. Qara Qarayev, 23. Tural İsgəndərov
Baş məşqçi: Qurban Qurbanov
"Banqa"nın start heyəti: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis, 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 15. Gitis Qaulis, 19. İqnas Baqdonas, 21. İrmantas Zelmikas, 37. Mindauqas Bitinas, 40. Andrey Usaçov, 88. Marius Kazlauskas.
Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 8. Qayus Kulbis, 13. Mantas Qudauskas, 24. Gyedrius Ratkus.
Baş məşqçi: Arminas Narbekovas.
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video