Türkiyənin İstanbul şəhərinin Əmniyyət Müdirliyi (İstanbul baş polis idarəsi) ölkə futbolundakı danışılmış oyunlar və digər qanunsuz əməllərlə əlaqədar aparılan təhqiqatla bağlı ilk dəfə olaraq rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, 2010/2011 futbol mövsümündə Türkiyə Super Liqasında və 2-ci liqada 19 danışılmış matçın olduğu müəyyənləşib. Danışılmış oyunları təşkil edən, müvafiq göstərişlər verən, pul transferlərində iştirak edən mütəşəkkil dəstənin üzvlərinin yaxalanması üçün polisin iyunun 4-də həyata keçirdiyi əməliyyat zamanı bu şəxslərin ev və ofislərində 8 qanunsuz silah tapılıb.
Açıqlamaya əsasən təhqiqat zamanı Türkiyə Futbol Federasiyasının martın 31-də keçirdiyi menecerlik imtahanından əvvəl sualların mütəşəkkil dəstənin üzvləri tərəfindən oğurlanıb satıldığı da bəlli olub: “Mütəşəkkil cinayətkar dəstə tərəfindən lisenziyasız menecerlər vasitəsilə yüksək miqdarda haqsız qazanc əldə edildiyi, bəzi idman klublarının hesablarında qanunsuzluqlar olduğu, bir sıra futbolçuların hədə-qorxu yolu ilə alacaqları maaş və mükafatlardan zorla vaz keçirildiyi dəlil-sübutlarla müəyyənləşdirilib”.
Xatırladaq ki, iyunun 4-də keçirilən əməliyyat zamanı Türkiyənin ən böyük idman klublarından olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırım, klubun vitse-prezidenti Şekip Mosturoğlu, klubun direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi, həmçinin “Sivasspor” klubunun prezidenti Məcnun Otyakmaz, “Əskişəhərspor” futbol komandasının baş məşqçisi Bülənt Uyğun, eyni klubun idman direktoru Ümit Karan, “Fənərbağça”nın “Əskişəhərspor”dan transfer etdiyi futbolçu Sezər Öztürk və “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike, eləcə də bir sıra başqa klubların rəhbərləri, menecerlər, danışılmış oyunlarda vasitəçilik edənlər saxlanılıb. Əziz Yıldırım mütəşəkkil cinayətkar dəstənin lideri olmaqda ittiham edilir.
Türkiyə Futbol Federasiyasının iyulun 15-nə qədər danışılmış oyunlarda adı hallanan klublarla bağlı qərar verəcəyi gözlənilir. Ehtimallara görə, “Fənərbağça”nın son mövsümdə əldə etdiyi çempionluq ləğv olunacaq və komanda 2-ci liqaya göndəriləcək (APA).
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video